xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bakı-Naxçıvan aviareysinin sayı artırılır

27-01-2021, 10:22 70 dəfə baxılıb

Bakı-Naxçıvan aviareysinin sayı artırılır


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədək artırır.

AZAL-dan verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.

Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə "WhatsApp” mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizi xahiş edirik:

- Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.

"Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır”, - AZAL-dan bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi