xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bir gündə üç medal qazandıq - Fotolar

11-05-2019, 22:27 102 dəfə baxılıb

Bir gündə üç medal qazandıq - Fotolar


Bir gündə üç medal qazandıq - Fotolar




Bakıda keçirilən “Böyük dəbilqə” turniri davam edir. “Beş.az”nun məlumatına görə, Azərbaycan cüdoçularından bir neçəsi mübarizəyə başlayıb.

Əsas diqqətlər isə Rüstəm Orucovla Hidayət Heydərovun döyüşlərinə yönəlib.

Hər iki cüdoçumuz görüşlərdən qalib ayrılıb.

Rüstəm Orucov ilk turda qazaxıstanlı Madiyar Sembayevdən üstün olub. İkinci mərhələdə isə o, moldovalı Andrie Kornelə qalib gəlib. Rüstəmin 1/-4 finaldakı rəqibi monqolustanlı Bulqan Batbold olacaq.

Hidayət Heydərov isə ilk görüşündə özbəkistanlı Obidxon Nomonovdan üstün olub.

***

Rüstəm Orucov monqolustanlı Bulqan Batbolddan üstün olub. O, almaniyalı Zinq Antonini ə məğlub edərək yarımfinala adlayıb.

Hidayət Heydərov isə macarıstanlı Szabi Firqesdi məğlub etməyi bacarıb. ¼-də rusiyakı Denis Lartçevə də qalib gələn Heydərov yarımfinalda Rüstəm Orucovla qarşılaşacaq.

***

Telman Vəliyev 1/8 finalda türkiyəli Bilal Çiloğlunu, 1/4 finalda moldovalı Viktor Sterpunu məğlub etdi. O, yarımfinalda Akil Qyakova (Kosovo) – Tohar Butbul (İsrail) görüşünün qalibi ilə qarşılaşacaq.

-81 kq

Murad Fətiyev 1/8 finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzdu.

Hasil Cəfərov 1/8 finalda israilli Saqi Mukiyə uduzdu.

Araş Ağayi 1/16 finalda ispaniyalı Alfonso Urkisa Solanaya qalib gəlsə də, 1/8 finalda belçikalı Matias Sassa uduzdu.

***

Hidayət Heydərov yarımfinalda Rüstəm Orucova qalib gələrək finala adlayıb.

***

Telman Vəliyev və Rüstəm Orucov bürünc, Hidayət Heydərov “Böyük dəbilqə”nin qızıl medalını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi