xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Uşağın görməsini qorumaq istəyirsinizsə, bu 7 QAYDAYA əməl edin

7-05-2019, 21:07 88 dəfə baxılıb

[center]Uşağın görməsini qorumaq istəyirsinizsə, bu 7 QAYDAYA əməl edin[/center

Məktəb vaxtlarında uşağın gözləri çox böyük gərginliyə məruz qalır. Məhz bu səbəbdən uşaqlarda görmə tez-tez zəifləyir.

Görmənin zəifləməsi xüsusilə 7-9 və 12-14 yaşlar arası inkişaf edir.

beş.az saglamolun.az-a istinadən bildirir ki, sizə görmənin zəifləməsinin qarşısını alan 7 profilaktik qaydanı təqdim edirik:

1. Uşağın gözlərinə istirahət verin. Dərslərini oxuyanda uşaq hər 30-40 dəqiqədən bir 10-15 dəqiqə dincəlməlidir.

2. Uşaq kitab və ya dəftəri gözlərdən 40 sm məsafədə tutmalıdır.

3. Uşağın immunitetini möhkəmləndirin ki, o, tez-tez xəstələnməsin.

4. Uşağa gözlər üçün faydalı olan qidalar verin: balıq, kəsmik, mal əti, hindquşu əti, kök, kələm, göyərti/

5. Uşağa eynək təyin olunubsa, uşaq onu mütləq taxmalıdır. Bəzən valideynlər fikirləşir ki, eynəyin taxılması görmənin daha da zəifləməsinə səbəb olacaq. Lakin bu belə deyil. Əksinə eynək taxmadıqda uşaq gözlərini qıyacaq, gözlərə olan gərginlik artacaq və bu da görmənin daha da zəifləməsinə gətirib çıxardacaq.

6. 3 yaşına çatmamış uşağı televizorun qarşısında otuzdurmayın, uşaqlara qəcetləri verməyin. Oftalmoloqlar qəcetləri uşaqların görməsi üçün olduqca ziyanlı hesab edir.

7. Uşağa sadə göz gimnastikasını öyrədin. Uşaq növbə ilə əvvəl 10 saniyə ərzində yaxın (təxminən 30 sm məsafədə), sonra uzaq məsafədə olan obyektlərə baxmalıdır. Məsələn, əvvəl uşaq pencərənin çərçivəsinə, sonra pencərədən görünən uzaqda yerləşən hər hansı obyektə baxmalıdır. Bu gimnastikanı hər gün etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi