12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb
13:19 – Prezident sammitdə çıxış edir - Canlı
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
18-11-2024, 10:37
0 dəfə baxılıb
Geridə qoyduğumuz həftədə ən yaddaqalan məqamlardan biri də braziliyalı ulduz futbolçu Ronaldinyonun Azərbaycana 3 günlük səfəri idi.
Ölkə.Az futbol əfsanəsi haqqında bir sıra faktları təqdim edir:
Əsl adı Ronaldo de Assis Moreyra olan futbolçu 1980-ci ildə Braziliyanın Porto Alegre şəhərində ən təhlükəli bölgələrindən birində, kasıb ailədə doğulub. "Ronaldinyo" ləqəbi portuqal dilində "kiçik Ronaldo" mənasını verir və onu braziliyalı digər Ronaldodan fərqləndirir. Anası satıcı, atası isə gəmiqayırma zavodunun işçisi və həvəskar futbolçu olub. 8 yaşında olarkən atası ürəktutmasından vəfat edib. Bu ölümdən dərindən sarsılan Ronaldinyo karyerası boyu atasını “ona yol göstərən qüvvə” hesab edirdi. Onun böyük qardaşı Roberto de Assisin də futbol karyerası olub və Ronaldinyonun inkişafında mühüm rol oynayıb. Ronaldinyo futboldan əvvəl bir müddət futzal oynayıb və bu da ona təcrübə yığmağa imkan verib. 13 yaşında bir matçda vurduğu 23 qolla Braziliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının diqqətini çəkməyi bacaran Ronaldinyo 1997-ci ildə Misirdə keçirilən FIFA U-17 Dünya Çempionatında qalib gəlir.
Ronaldinyo gənclik karyerasına Braziliyanın “Qremio” klubunda başlayıb. Gənc yaşlarında müstəsna driblinq bacarığı ilə diqqəti cəlb edib. O, karyerası boyu həmçinin “Pari Sen-Jermen”, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” klublarında və Braziliya millisində oynayıb. Kiçik ronaldo millidə oynayarkən 97 matçda 33 qol vuraraq Braziliyanın ən böyük oyunçularından biri kimi geniş şöhrət qazanıb. 2001-ci ildə “Arsenal” Ronaldinyonu transfer etmək istədiyini açıqlasa da, o, Braziliya millisində çox az oyun keçirərək iş icazəsi ala bilmədiyi üçün sövdələşmə baş tutmur.
Ronaldinyonu tez-tez Pele ilə müqayisə edirdilər. Pele də dəfələrlə onu tərifləyərək futbolçunun özünəməxsus üsluba sahib olduğunu bildirib.
Karyerasının böyük bir hissəsində “Pepsi” ilə reklam razılaşması olan Ronaldinyo 2011-ci ildə “Coca-Cola” ilə müqavilə imzalayır, lakin bir xəbər proqramında onun “pepsi” içməsindən sonra razılaşma pozulur. Futbolçu ilə bağlı maraqlı faktlardan biri də onun 2001-ci ildə " Klon" serialının bir epizodunda rol almasıdır. 2019-cu ildə ödənməmiş vergilər və pul cəzalarına görə, ona aid 57 mülk, o cümlədən Braziliya və İspaniya pasportları müsadirə edilib. O, 2020-ci ildə ölkəyə girmək üçün saxta pasportdan istifadə etməsi iddiası ilə Paraqvay polisi tərəfindən dindirilib və qardaşı ilə birgə saxlanılıb. 6 ay müddətinə azadlıqdan məhrum edilən Ronaldinyo həbsdə futzal turnirinə qatılıb və komandası qalib gəlib.
Ronaldinyo və qardaşı Assis 32 gün həbsdə qaldıqdan sonra 1.6 milyon dollar ödədikdən sonra sərbəst buraxılıb. O, cəzasının qalan hissəsini Paraqvayın paytaxtındakı 4 ulduzlu hoteldə tamamlayıb. Futbol əfsanəsi Şotlandiya Premyer Liqasında çıxış edən "Sent Mirren" klubunda icarə əsasında oynamağı düşünür, lakin adı saxta pasport qalmaqalında hallandığı üçün bu baş tutmur. Ronaldinyo Vətən müharibəsi dövründə ölkəmizi dəstəkləyən xarici məşhurlar sırasındadır. Belə ki, 2020-ci ilin 29 oktyabrında Azərbaycan xalqının yanında olduğunu bildirib. Ronaldinyo xeyriyyəçilik səyləri ilə də tanınır. Braziliyada imkansız uşaqlar üçün təhsil və idman imkanları təmin edən Ronaldinyo İnstitutunu yaradıb. O, 2004-2005-ci illərdə FİFA-nın Dünya üzrə ilin futbolçusu, Avropada ilin futbolçusu, sonrakı illərdə qızı buts, qızıl top, 2012-ci ildə Braziliyada ilin futbolçusu, UEFA-nın ilin futbolçusu və ilin hücumçusu və s. mükafatlara layiq görülüb. Braziliyalı futbol əfsanəsi bir neçə il Hindistanda futzal oynadıqdan sonra 2018-ci ildə 38 yaşında peşəkar karyerasını başa vurub. Ronaldinyo təqaüdə çıxdıqdan sonra musiqi və əyləncə sektorunda da fəaliyyət göstərib. Onun lüks avtomobilləri müsadirə olunduqdan bir neçə ay sonra siyasi mahnıda bəzi sətirlər oxuyaraq rep karyerasına başlayıb. Hətta dicey kimi də səhnəyə çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: