xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ən çox izlənilən türk serialları – Ona Messi də baxır

14-11-2019, 09:28 31 dəfə baxılıb

Ən çox izlənilən türk serialları – Ona Messi də baxır

Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var.
Qafqazinfo xəbər verir ki, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan “Möhtəşəm yüz il” serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında “Diriliş: Ərtoğrul”, “Qara para eşq”, “Adını Fəriha qoydum”, “Gümüş” və “Fatmagülün suçu nə?” teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış “Aşk-ı Məmnu” olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də “Qara para eşq” serialına baxdıqdan sonra təəssüratını instaqram səhifəsində bölüşüb. “Diriliş: Ərtoğrul” serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi