xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

2-11-2022, 12:30 49 dəfə baxılıb

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq


Bu gün UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.

Report məlumatına görə, VI turun son oyun günündə E, F, G və H qruplarının görüşləri keçiriləcək.

E qrupunda “Milan” İtaliyada Avstriya “Zaltsburq”unu sınağa çəkəcək. “Qırmızı-qaralar”a qrup 2-cisi olmaq üçün heç-heçə də kifayət edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş “Çelsi”nin qonağı olacaq. Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda “Zaltsburq”un “Milan”a uduzmasını gözləməlidir.

F qrupunda əsas diqqət Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) və Almaniyanın “Leypziq” komandaları arasında oynanılacaq görüşə yönələcək. Növbəti mərhələyə adlamaq üçün Bundesliqa təmsilçisini heç-heçə də qane edəcək. Donetsk klubu isə ÇL-də mübarizəni davam etdirmək üçün rəqibini məğlub etməlidir. Əks halda “Dinamo” yoluna Avropa Liqasında davam edəcək.

G qrupunda Almaniyanın “Borussiya” (Dortmund) klubu Danimarkada “Kopenhagen”lə, “Mançester Siti” isə İngiltərədə İspaniya “Sevilya”sı ilə qarşılaşacaq. Bu qrupda Mançester və Dortmund təmsilçiləri Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının pley-offuna vəsiqəni təmin edib. Odur ki, bugünkü matçlar qrup qalibini müəyyənləşdirmək baxımından önəm daşıyır.
Nəhayət, D qrupunda isə növbəti mərhələyə çıxması dəqiqləşən komandalardan Fransa PSJ-si İtaliyada “Yuventus”, Portuqaliya “Benfika”sı isə İsraildə Hayfa “Makkabi”si ilə üz-üzə gələcək. Bu görüşlərin nəticəsi həm qrup qalibinin, həm də Avropa Liqasına düşən kollektivin adına aydınlıq gətirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur

2 noyabr

E qrupu

00:00. “Çelsi” (İngiltərə) - “Dinamo” (Zaqreb, Xorvatiya)
00:00. “Milan” (İtaliya) - “Zaltsburq” (Avstriya)
Xal durumu: ”Çelsi” - 10, “Milan” - 7, “Zaltsburq” - 6, “Dinamo” - 4

F qrupu

21:45. “Real Madrid” (İspaniya) - “Seltik” (Şotlandiya)
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) - “Leypziq” (Almaniya)
Xal durumu: ”Real Madrid” - 10, “Leypziq” - 9, “Şaxtyor” - 6, “Seltik” - 2

G qrupu

00:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya)
00:00. “Mançester Siti” (İngilttərə) - “Sevilya” (İspaniya)
Xal durumu: ”Mançester Siti” - 10, “Borussiya” - 8, “Sevilya” - 5, “Kopenhagen” - 2

H qrupu

00:00. “Yuventus” (İtaliya) - PSJ (Fransa)
00:00. “Makkabi” (Hayfa, İsrail) - “Benfika” (Portuqaliya)

Xal durumu: PSJ - 11, “Benfika” - 11, “Yuventus” - 3, “Makkabi” - 3

Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Tottenhem”, Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və “Ayntraxt” (Frankfurt), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi