xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bu gün “Qarabağ” “Olimpiakos”la qarşılaşacaq

6-10-2022, 10:13 37 dəfə baxılıb

Bu gün “Qarabağ” “Olimpiakos”la qarşılaşacaq


Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.

"Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina) Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 6, "Qarabağ" - 3, "Nant" - 3, "Olimpiakos" - 0.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi