xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"

23-09-2022, 11:59 47 dəfə baxılıb

De Byazi: "... milliyə çağırmadığım üçün ondan üzr istədim"


UEFA Millətlər Liqasında Slovakiyaya qalib gələn Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matç barədə fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında 2:1 hesablı qələbəni belə şərh edib:

“Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək. Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı.

Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi