xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 

"Futbol masasında Azərbaycanın yerinin olduğunu göstərdik" - Elxan Məmmədov

9-07-2021, 11:18 81 dəfə baxılıb

"Futbol masasında Azərbaycanın yerinin olduğunu göstərdik" - Elxan Məmmədov


“Turnir təbiətcə bənzərsiz idi. Avropanın 11 şəhəri ən uyğun olmayan məqamlardan birində yarışa ev sahibliyi etdi”.

"Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsinə münasibət bildirib. Məmmədov bunun müsbət məqamlarından danışıb: “Stadion tutumu və koronavirusla bağlı səyahət məhdudiyyətlərinin Bakıdakı tamaşanı çətinləşdirdiyi həqiqət olsa da, yarışın müsbət tərəflərinə nikbinliklə baxmağa yerimiz var. 2019-cu ildəki Avropa Liqasının final matçından sonra ölkəmiz bir daha Avropa futbolunun diqqət mərkəzinə düşdü. Elit səviyyəli rəqabəti ölkəmizə gətirməyin yerli azarkeşlər və Azərbaycan xalqı üzərində təsirini qeyd etməmək olmaz. Azərbaycanın da futbol masasında yerinin olduğunu göstərdik. Ümid edirik ki, bu, ölkəmizdəki gənc nəslə və idmançılara ilham verəcək”.

Vitse-prezident gələcəkdə ölkəmizin başqa turnirlərə də ev sahibliyi etmək istədiyini vurğulayıb: “UEFA tərəfindən ayrılmaz bir üzv kimi tanındığımız üçün qürur duyuruq. Ümidvarıq ki, yaxın gələcəkdə azarkeşləri Azərbaycana qaytarmaq üçün beynəlxalq idman qurumları ilə işbirliyimizi davam etdirəcəyik”.

Qurum nümayəndəsi AVRO-2020 matçları üçün Bakıya gələn komandalar və onların azarkeşləri üçün unudulmaz anlar yaşandığını düşünür: “AFFA ölkəmizdə Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uelsi qəbul etməkdən, müxtəlif ölkələrdən komandaları bir araya gətirən təşkilatçılıqdan məmnundur. Komandalarını dəstəkləmək üçün Bakı küçələrini gəzən beş ölkənin azarkeşləri üçün turnir boyu əla futbol festivalı oldu. Əsasən yüksək səviyyəli idman yarışlarını qəbul etmişik. Danimarkanın 1/4 finaldakı aqressiv hücum futbolu kimi böyük anlar buradakı azarkeşlərin yaddaşlarında uzun müddət qalacaq. Ölkəmizin futbol sevgisini canlandıran bu anlar futbol proyektimizin 2025-ci ilədək irəliləməsində əhəmiyyətli rol oynayacaq”.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində A qrupunun Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2), İsveçrə - Türkiyə (3:1), eyni zamanda 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) matçı Bakı Olimpiya Stadionunda keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi