xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Karantin yumşalandan sonra Bakıda tıxac... - Fotolar

10-08-2020, 10:04 100 dəfə baxılıb

Karantin yumşalandan sonra Bakıda tıxac... - Fotolar


Bakı Nəqliyyat Agentliyi paytaxtın iki fərqli ərazisində sıxlıq səbəbi ilə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların hərəkət intervalında gecikmə olduğunu açıqlayıb.

Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, Q.Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib:

“Hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burda da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.

Xatırladım ki, sərnişindaşımalarının yalnız avtobuslara həyata keçirildiyi indiki vaxtda bu kimi hallar ciddi çətinliklər yaradır. Bir marşrut xətti üzrə bir və ya bir neçə avtobusun intervalında yaranan gecikmə həm dayanacaqlarda həm də digər xətlər üzrə avtobuslarda sıxlıqlara səbəb olur.

Qeyd olunanları nəzərə alaraq bir daha fərdi minik avtomobili sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq”.

Xatırladaq ki, bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti bərpa edilib.


Karantin yumşalandan sonra Bakıda tıxac... - FotolarKarantin yumşalandan sonra Bakıda tıxac... - FotolarKarantin yumşalandan sonra Bakıda tıxac... - FotolarKarantin yumşalandan sonra Bakıda tıxac... - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi