xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? — AÇIQLAMA (VİDEO)

14-05-2026, 11:02 6 dəfə baxılıb

“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? — AÇIQLAMA (VİDEO)


Sosial şəbəkələrdə Bakı şəhəri Nizami rayonu ərazisində, “Koroğlu” nəqliyyat qovşağındakı körpülərdən birinin sürüclər üçün təhlükə yaratması ilə bağlı görüntülər paylaşılıb.

Videoya əsasən, körpünün bir hissəsinin qəzalı vəziyyətdə olduğu deyilir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, bu görüntüdə görünən hissə aşırım qurğusunun konsolunun dayaq üzərinə oturduğu zonada yerləşən deformasiya tikişidir (temperatur şovu).

“Həmin tikiş körpü konstruksiyasında temperatur dəyişiklikləri və digər istismar yükləri nəticəsində yaranan hərəkətlərin kompensasiya olunması üçün nəzərdə tutulmuş konstruktiv elementdir və texniki baxımdan normal hesab olunur. Yəni yayılan görüntü körpüdə hər hansı qəza vəziyyətinin və ya təhlükəli konstruktiv problemin göstəricisi deyil. Körpülərdə mütəmadi texniki baxış və monitorinqlər həyata keçirilir, onların istismar vəziyyəti aidiyyəti mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır.

Təəssüf ki, bəzən mühəndis və ya mütəxəssis rəyi alınmadan yayılan məlumatlar cəmiyyətdə əsassız narahatlıq və qorxu yaradır, texniki məsələlərin yanlış anlaşılmasına səbəb olur”, - deyə o əlavə edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi