xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakının mərkəzində qanunsuz pul yığılır — 20 qəpik - 1 manat - VİDEO

15-11-2019, 10:46 54 dəfə baxılıb

Bakının mərkəzində qanunsuz pul yığılır — 20 qəpik - 1 manat - VİDEO

Paytaxtın Nizami rayonunda yerləşən köhnə maşın bazarına giriş-çıxış üçün sürücülərdən 20 qəpik- 1 manat arasında ödəniş tələb edilir.
Xəzər TV-yə istinadən xəbər verir ki, belə vəziyyət sürücülərin haqlı narazılığına səbəb olur. Sürücülərdən ödəniş alınsa da, onlara qəbz təqdim edilmir.

Maşın bazarına daxil olmağın ödənişli olub-olmadığını əks etdirən heç bir nişan yoxdur. Ancaq buna baxmayaraq bazara giriş-çıxış üçün sürücülərdən pul alınır.

Görüntülər Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən köhnə Maşın bazarındandır. Avtomobillər çıxarkən bir nəzarətçi, dayanacaq haqqı kimi sürücülərdən pul alır. Özü də konkret bir məbləğ yoxdur. Nəzarətçi sürücülərdən 20 qəpiklə -1 manat arasında pul istəyir. Bu isə sürücülərin haqlı narazılığına səbəb olur

Nəzarətçiyə yaxınlaşıb sürücülərdən pul tələb etmələrinin səbəbini soruşduq. Özünü bazarın nəzarətçisi kimi təqdim edən bu şəxs sürücülərdən qanuni pul aldığını və qəbzdə verdiklərini bildirdi. Hərçənd ki çəkiliş zamanı sürücülərə qəbz verildiyinin şahidi olmadıq.
Problemlə bağlı bazar rəhbərliyinə müraciət etsək də suallarımız cavabsız qaldı.

Ekspertlər isə bildirir ki, sahibkarlar bu kimi yerlərə görə istənilən ödəniş məbləğini tətbiq edə bilərlər. Lakin ödənişlərin hamısı rəsmi olmalıdır.

Bu ödənişlərlə bağlı sürücülərə qəbz vəya bank hesabı təqdim edilməlidir. Əgər vergidən yayınma küllü miqdarda olduğu öz təsdiqini taparsa həmin sahibkar haqqında cinayət işi belə başlanıla bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi