xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi – ŞOK VİDEO

13-11-2019, 11:57 68 dəfə baxılıb

Bakıda yarıçılpaq kişi qadınlara hücum çəkdi – ŞOK VİDEO

Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

Videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. O ana qədər ətrafda heç kim maddə təsirində olduğu düşünülən şəxsə toxunmur, bəlaya bulaşmaq istəmir.

Amma yarıçılpaq şəxs yoldan keçən bir xanımı da təhqir edib, ona hücum etməyə başladıqdan sonra ətrafdakı vətəndaşlar həmin şəxsə mane olub, onun qarşısını alıblar. Etdiyi davranışların cəzasını ətrafdakı vətəndaşlardan alan şəxsi indi qanuni cəza gözləyir.

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi