xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Azərbaycanda toyda kütləvi dava: Bəy və qardaşı bıçaqlanıb, atası ölüb - FOTO

19-07-2021, 11:27 76 dəfə baxılıb

Azərbaycanda toyda kütləvi dava: Bəy və qardaşı bıçaqlanıb, atası ölüb - FOTO


İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb. Toydan sonra onların davası mərasim sahibinin evində davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-ci il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, hadisəni törədən Hafiz Ağayev toya dəvət edilməyən başqa dostları, İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Cavid Əhmədov və bərbər işləyən İlkinurla birgə toy mərasiminə gələrək dava salıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda toyda kütləvi dava: Bəy və qardaşı bıçaqlanıb, atası ölüb - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi