xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Boğazına ip keçirilib tövlədə saxlanılan yaşlı qadınla bağlı dəhşətli faktlar - VİDEO

3-06-2021, 10:49 54 dəfə baxılıb

Boğazına ip keçirilib tövlədə saxlanılan yaşlı qadınla bağlı dəhşətli faktlar - VİDEO


Sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılmasına dair yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb.
APA TV xəbər verir ki, həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyən edilib.

Polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar ediblər. Hazırda həmin görüntülər əsasında qadını bağlayan şəxs və ya şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Qonşuların sözlərinə görə, ahıl qadın ər-arvad olan dayısı oğlu və xalası qızıyla yaşayıb. 1988-ci ildən İvanovka kəndində yaşayan Səkinə Həsənovaya son iki ildə kənd camaatı baxıb. Son iki ayda isə kənddə gözə dəyməməsini görən kənd sakinləri icra nümayəndəliyinə məlumat veriblər:

Ahıl qadının şiddət görməsi ilə bağlı paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar. Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi