xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Sosial şəbəkə profilləri sındırıla bilər - "Bu mesajları təcili silin"

31-05-2021, 09:52 113 dəfə baxılıb

Sosial şəbəkə profilləri sındırıla bilər - "Bu mesajları təcili silin"


Son günlər "Bravo" supermarketlər şəbəkəsi adından bir sıra vətəndaşlara uduş kampaniyası mətninin yer aldığı keçid linki göndərilir.

"Sözügedən mətndə vətəndaşlar anketi dolduraraq uduş kampaniyasında iştirak etməyə və müəyyən məbləğdə uduş əldə etməyə çağırılır.

"Bravo" supermarketlər şəbəkəsi isə sosial media hesabından açıqlama yayaraq kampaniyanın şirkətlə hər hansı bir əlaqəsinin olmadığını deyib: "Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə "Bravo" adından müəyyən mətnlər paylaşılır. "Bravo" marketlər adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsinə heç bir aidiyyatı yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik".

Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın:

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur. Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin likləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi