xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır

7-12-2020, 12:25 48 dəfə baxılıb

Ermənistandan növbəti ekoloji terror: Azərbaycan çaylarına zəhər axıdır


Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır.

Trend məlumatına görə, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir:

“Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir və digər zərərli elementlərlə zənginləşir. Bu çirklənmə də bizim insanlarımızın sağlamlığına və təsərrüfatımıza kifayət qədər zərbə vurur. Ermənilər Ağstafaçay, Həsənsu çaylarının yuxarı hissəsində də həmin fəlakəti törədirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi