xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Azərbaycanlı ailə əti əvəzləyən pendir istehsal edir - Video

13-05-2019, 09:56 97 dəfə baxılıb



Niftəliyevlər ailəsinin Quba “ABAD Factory” İstehsalat Kompleksində istehsal olunan pendir dadı və xüsusiyyətlərinə görə, məhsulun digər növlərinə heç bənzəmir. Bu pendiri bişirmək, qızartmaq eləcə də dolma, düşbərə kimi yeməklərdə ət əvəzinə istifadə etmək mümkündür

Beş.az Azərtac-a istinadən xəbər verir ki, Niftəliyevlər ailəsi artıq 20 ildən çoxdur süd məhsullarının istehsalı ilə məşğul olur. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir. Ailənin qida məhsullarının istehsalı sahəsinə marağı vegetarian həyat tərzini seçdikdən sonra yaranıb.

“25 il bundan əvvəl mən ailəmlə birlikdə vegetarian olmaq qərarı verdik. Bu həyat tərzini seçəndən sonra bizim qida rasionumuz xeyli azaldı. Mən onda fikirləşdim ki, özümüz və digər vegetarian ailələr üçün belə bir pendir məhsulu hazırlayım. Pendir və ümumiyyətlə süd məhsulları haqqında xeyli ədəbiyyat oxudum. Çünki süd məhsulları vegetarianların əsas qidasıdır. Dünyada olan bütün pendir növləri haqqında öyrəndim. Sonra hər növün xoşuma gələn keyfiyyətlərini özündə birləşdirən bir pendir istehsal etməyə başladım. Ortaya yeni növ dadlı bir pendir çıxdı”, -deyə Ədalət Niftəliyev söyləyib.

“ABAD”çı ailənin hazırladığı pendir bir çox keyfiyyətləri özündə birləşdirir. Bu pendiri bişirdikdə, qaynatdıqda və qızartdıqda ərimir və formasını dəyişmir. İkincisi, bu pendiri hisə vermək mümkündür. Ən əsası isə pendir istehsal prosesindən keçdikdən sonra südün, qaymağın ilkin dadını özündə saxlayır.

“Biz pendiri özümüz, ailəmiz üçün hazırlayırdıq. Satışını heç cür təşkil edə bilmirdik. Sonra eşitdik ki, “ABAD” adlı bir qurum var və bu qurum bizim kimi ailələrə tək avadanlıqlardan istifadədə deyil, eyni zamanda, satışın həyata keçirilməsi kimi bir çox xidmətlərdə dəstək olur. Hazırda bizim ailəmizin məhsulu üçün “Baharat” brendi yaradılıb və pendirimiz artıq bazarda tanınır”, -deyə müsahibimiz qeyd edib.

Niftəliyevlər ailəsinin hazırladığı pendirin kökü Hindistanın pendir növlərinə söykənir. Hazırda yeganə pendir növüdür ki, onu qızartmaq mümkündür.

Niftəliyevlərin “Baharat” pendiri “ABAD” bakaleyalarında və paytaxtın bir çox hipermarketlərində satışa çıxarılır.

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı ötən ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.

Quba “ABAD” Regional Mərkəzinin direktoru Elxan Nağıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ikimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarların xammalının istehsalata ötürülməsi, milli məhsulların istehsalı və biznesin formalaşdırılması yönündə mühüm işlər görülür.

Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi