12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir
11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”
10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq”
10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
19-08-2026, 13:07
5 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi.
AzTV xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.
Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor hədiyyə olunub.
Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi “Kamaz” arzusunu da reallaşdırmışdı.
Daha ətraflı videoda:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: