xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Leriklilər artıq seçimini edib — İqbal Məmmədov

3-02-2020, 16:00 153 dəfə baxılıb

Leriklilər artıq seçimini edib — İqbal Məmmədov


Artıq deputatlığa namizədlərin 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri çərçivəsində seçkiöncəsi təbliğat-təşviqat kampaniyası finişə yaxınlaşmaqdadır. Seçki gününə artıq saylı günlər qalıb. Bu müddət ərzində deputatlığa namizədlər millət vəkili mandatına sahib olmaq üçün özlərini seçicilərlə görüşərək, seçkiöncəsi məram və proqramlarını açıqlayıblar. Hələ qarşıda 5 gün var və deputatlığa namizədlər bu qısa müddətdən də istifadə edərək seçicilərlə görüşlər keçirərək, qələbələri uğrunda mübarizəni davam etdirirlər. Belə demək mümkünsə, artıq əksər seçki dairələrində seçkidə qalib gəlmək şansı daha çox olan namizədlər də bəllidir və geridə qalan günlərdə əsas mübarizə də məhz bu namizədlər arasında gedəcək.
Təəssüflər olsun ki, biz bu dəfə də seçkiöncəsi kampaniya da sağlam rəqabət aparmaq gücünə malik olmayan namizədlərin rəqiblərini gözdən salmaq üçün müxtəlif təxribatçı, obyektivlikdən, ədalətdən uzaq hərəkətlərinə və fəaliyyətlərinə şahidlik etmiş olduq. Belə bir prosesin şahidi biz 78 saylı Lerik Seçki Dairəsində də şahidi olduq.

Belə ki, bu dairədən 15 deputatlığa namizəd deputat mandatı uğrunda mübarizə aparmaqdadır. Bütün bu namizədlər içərisində Leriki və lerikliləri Milli Məclisdə təmsil etməyə ən ciddi və real namizəd İqbal Məmmədovdur.

İqbal Məmmədovun ən ciddi, real namizəd olaraq Milli Məclisdə növbəti 5 il müddətində Leriki və lerikliləri daha layiqincə təmsil etməsini, eyni zamanda Lerik üçün ən faydalı deputat olmasını şərtləndirən ciddi amillər var.

Bunu şərtləndirən amillər ondan ibarətdir ki, o, Lerikdə böyük nüfuza malik olmaqla yanaşı, Lerikin inkişafı, çiçəklənməsi, respublika səviyyəsində tanınmasında rolu olan şəxslərdən biridir. Onun indiyədək Lerikin inkişafı ilə bağlı gördüyü işlər və verdiyi töhfə danılmazdır. Çünki İqbal müəllim ötən 10 il müddətində Lerik sosial problemlərinin, xüsusən də qaz, su, işıq, yol, yeni məktəb və məktəblərin təmiri, işsizliyin aradan qaldırılması istiqamətində çox böyük işlər görüb.
Biz hələ onun Lerikin turizm, kənd təsərrüfatının inkişafına verdiyi töhfələri qeyd etmirik.

İqbal Məmmədov ötən müddət ərzində təmsil etdiyi hakim Yeni Azərbaycan Partiyasının bu seçkilərdə irəli sürdüyü “Daha güclü Azərbaycan naminə” şüarının real olaraq həyata keçirilməsində müstəsna xidməti olan şəxslərdəndir. O, növbəti mərhələdə də daha güclü, daha inkişaf etmiş Azərbaycan uğrunda fəaliyyət göstərməyi qarşısında hədəf qoyub.
Ona görə də İqbal Məmmədov ötən müddətdə gördüyü işlərə rəğmən və bununla kifayətlənməyərək, daha çox iş görmək naminə a digər namizədlər kimi seçicilərin növbəti mərhələdə etimadını qazanmaq üçün uğurlu bir seçki kampaniyası təşkil edərək Lerikin kəndlərini bir-bir gəzərək, seçicilərlər görüşlər keçirdi. Onların problemlərin, çatışmazlıqlarını, çətinliklərini dinlədi. İ.Məmmədov hətta seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində seçicilərin bir sıra problemlərinin yerindəcə həllinə çalışdı və buna nail oldu.

Seçicilər də növbəti mərhələdə ona etimad göstərəcəklərinə və onların parlamentdə səsi olacağına əmin etdilər.
İqbal Məmmədov növbəti mərhələdə Lerikin sosial-iqtisadi vəziyyətinin indikindən daha yaxşı olacağını və bu istiqamətdə real planların olduğunu dilə gətirib. Bildirib ki, qarşıdakı mərhələdə Lerikin kəndlərarası yollarının abadlaşdırılması, 20-dək kəndin qazlaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində yeni iş yerlərinin açılması, yeni məktəb və ambulatoriyaların tikilməsi, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində işlər görüləcək.

O, görüşlərində bildirib ki, hədəfim daha güclü, inkişaf etmiş, insanların sosial rifah halında yaşayan dövlətin qurulması, bununla belə leriklilərin də layiqli həyat şəraitində yaşamasına nail olmaqdır. Növbəti mərhələdə də təmsil etdiyi hakim Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarını real olaraq həyata gerçəkləşməsi istiqamətində fəaliyyət göstərəcəyini seçicilərə bəyan edib. Seçicilərin ona olan etimadını açıqca nümayiş etdiriblər. Növbəti mərhələrə ona səs verəcəklərini bildiriblər. Leriklilər ancaq İqbal Məmmədovun Milli Məclisdə ən layiqli səsi ola bilər. Onların problemlərinin həllinə ən real şəxs məhz İqbal Məmmədov ola bilər.
Lakin və ancaq... 78 saylı Lerik Seçki Dairəsindən namizədliyini irəli sürən bəzi deputatlığa namizədlər öz seçki kampaniyasını düzgün təşkil edə bilmədiyindən və bunun heç də asan iş olmadığını gördüyündən, tamamilə fərqli bir taktikaya əl atdılar. Rəqibi haqqında milli-mənəvi dəyərlərə uyğun olmayan şəkildə gözdənsalma, qarayaxma kampaniyasını başlatdılar.

Azərbaycan Konstitusiyası və qanunlarə hər bir vətəndaşa seçib, seçiləmək hüququ verir, lakin seçilmək istəyən insan da iddia etdiyi postda özünü layiq görmək, etimad göstəriləcəyi təqdirdə bunu layiqincə yerinə yetirə bilmək məsuliyyətini yaxşı dərk etməlidir. Bilməlidir ki, o hansı məsuliyyətin altına girir. İddia ilə potensial, bacarıq uyğunluq təşkil etməlidir. Ancaq bəziləri iddialarına uyğun olmayan və məğlubiyyəti də əvvəlcədən bəlli olan missiyanın altına girir. Belə insanların seçki prosesində də şahidi olduq. Millət vəkili iddiasına düşüb, ancaq buna adekvat olmayan namizədlərin 78 saylı Lerik Seçki Dairəsində namizədlər öz uğursuzluqlarını başqasını üzərinə atmaq, gözdən salmaqla “kompenssasiya” etməyə çalışırlar. Namizədlərin bir çoxu seçkiöncəsi kampaniyada sağlam rəqabətdən uzaq başqasını gözdənsalma, qarayaxma təbliğatı həyata keçirirlər. Özləri də yaxşı anlayır ki, bunun nəticəsi olmayacaq. Bəzisinin isə niyyəti “bazarlıq” edib “qazanc” güdməkdir. Ona görə də əsas rəqiblərini hədəf seçib, gözdən salmağa çalışırlar. Ancaq seçicilər də ayqıdır. Kimə səs verəcəklərini yaxşı bilirlər.

Hansı ki, İqbal Məmmədovz qarşı irəli sürülən iradların əksəriyyəti millət vəkilinin səlahiyyətinə aid olmayan msələlərdir. Lakin buna baxmayaraq İqbal Məmmədov həmin qaldırılan problemləri öz problemi bilərək, hər vasitə ilə onların həllinə çalışır. Bunu özünün bir vətəndaş borcu bilərək yardım edib. Əminik ki, İqbal Məmmədov bundan sonra da fəaliyyətini ancaq və ancaq seçicilərin maraqlaırnın təmin olunması istiqamətində quracaq və hər zaman onların yanında olduğunu bariz formada sübut edəcək. Necə ki, indiyə qədər əsas fəaliyyəti Lerikin inkişafı və çiçəklənməsi olub. Bundan sonra da o daha əzmlə fəaliyyət göstərib daha güclü Azərbaycan naminə bütün potensialını səfərbər edəcək.
O zaman da ona qarşı çamur atana, qarayaxma kampaniyasına həyata keçirən riyakarların iç üzü ortaya çıxacaq və dedikləri sabun köpüyünə dönərək, bir bumeranq kimi bu insanların özlərinə qarşı çevriləcək.

Leriklilər əmindir ki, növbəti mərhələdə onları Milli Məclisdə ən layiqli təmsil edəcək şəxs məhz İqbal Məmmədov ola bilər. Ona da səs verəcəklərini açıqca bəyan edirlər. Ancaq və ancaq İqbal Məmmədov Lerikin və leriklilər üçün ən faydalı namizəd ola bilər. Odur ki, leriklilər fevralın 9-nu səbrsizliklə gözləyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi