xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şərəfli vəzifəyə yiyələnən Vahid Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır

4-12-2019, 11:44 243 dəfə baxılıb

Şərəfli vəzifəyə yiyələnən Vahid Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır


Üç dəniz əfsanəsinin bir anası var — Xəzər dənizi.

Bu ananın yanında isə Azərbaycan yerləşir





Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31 – ci sessiyasında iştirak edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının 31 – ci sessiyasında iştirak edib.

Sessiyada Assambleyanın prezidenti və vitse – prezidentləri vəzifələrinə seçkilər keçirilib. Seçkilərin nəticəsində Cənubi Afrika Respublikasının nümayəndəsi xanım Nomatemba Tambo Assambleyanın prezidenti, Koreya Respublikasının nümayəndəsi xanım Enna Park və Honduras Respublikasının nümayəndəsi cənab İvan Romero Martinez Assambleyanın vitse – prezidentləri seçiliblər.

Assambleyanın 30 – cu sessiyasından sonrakı dövr ərzində təşkilatin işi ilə bağlı Şuranın hesabatı ilə yanaşı komitələrin də hesabatları müzakirə olunub, Assambleyanın prosedur qaydalarına təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.

Dünyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təmin edilməsinin Beynəlxalq Dəniz Təşkilatının əsas missiyası olduğunu vurğulayan təşkilatın Baş Katibi Kitak Lim Beynəlxalq Dəniz Təşkilatı tərəfindən bu istiqamətdə görülən işlər, eləcə də əldə olunan nailiyyətlər barədə geniş məruzə edib.

Sessiyada beynəlxalq konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabat, təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların, eləcə də Beynəlxalq Dəniz Təşkilatının təhsil mərkəzlərinin hesabatlarının dinlənilməsi, Assambleyanın komitələrinin təsis edilməsi, üzvlər arasında əməkdaşlıqların inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, eləcə də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Naziri Cənab Məhməd Cahid Turxanla və Türkiyə nümayəndə heyətinin üzvləri ilə, Peru Respublikasının, Tailand Krallığının, Meksika Birləşmiş Ştatlarının, Birləşmiş Ərəb Əmirliklərinin, İspaniya Krallığının, Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində respublikada görülən işlər, əldə edilən nailiyyətlər xüsusilə qeyd edilib və dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Beynəlxalq Dəniz Təşkilatına üzv olan 174 dövlətlə yanaşı, beynəlxalq təşkilatlardan müşahidəçilər və məşvərətçi statusla qeyri – hökumət təşkilatlarının nümayəndələri də iştirak etdiyi Assambleyanın 31 – ci sessiyası zamanı 2020 – 2021 – ci illər üçün Beynəlxalq Dəniz Təşkilatının ali icra orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib. Seçkilərin nəticəsinə əsasən “A” kateqoriyası üzrə 10, “B” kateqoriyası üzrə 10 və “C” kateqoriyası üzrə 20 dövlət olmaqla ümumilikdə 40 üzv dövlət 2020 – 2021 – ci illər üçün Şuraya üzv seçiliblər.

Qeyd edək ki, Aassambleya zamanı Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə göstərilmiş xüsusi cəsarətə görə” mükafatının təqdimetmə mərasimi də keçirilib.


Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası yaradılıb.



“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi Nazirliyin strukturuna daxil edilib.



Agentlik Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.



Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Agentliyi Beynəlxalq Dəniz Təşkilatı ilə sıx əməkdaşlıq edir, təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir.



Fəaliyyət istiqamətləri:



Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini həyata keçirmək;


Dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarət etmək;


Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirmək;


Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək;


Dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində, tədbirlər görmək;


Qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada, dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onun mühafizə olunması üçün zəruri tədbirlər həyata keçirmək;


Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərini vermək;


Qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası dəniz registrinin fəaliyyətini tənzimləmək, habelə Azərbaycan Respublikasında beynəlxalq təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;


Qanunvericiliklə müəyyən edilmiş qaydada gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görmək;


Gəmilərin saxlanılmasına və istismarına dair texniki tələbləri və qaydaları hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək;


Qanunvericiliklə müəyyən edilmiş qaydada dənizçi pasportlarının, dənizçilik rütbələrinin verilmə qaydalarının layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomları) və dənizçi pasportları vermək;


Qanunvericiliklə müəyyən edilmiş qaydada limanlar, liman məntəqələri və yükaşırma terminalları daxil olmaqla, dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək;


Mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağından) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində zəruri tədbirlər görmək;


Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən dənizdə qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində iştirak etmək;


Gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək.


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Vahid Babayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin müavini Vahid Babayevdir.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin müavini Vahid Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vahid Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Vahid Babayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.



Sorğu apardıq ağız dolusu Vahid Babayevdən danışdılar yaxşı ki, Vahid Babayev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin müavini təyin olunub… Vahid Babayev öz isguzarlığı ilə tanınır və seçilir….

Vahid Babayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Vahid Babayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Vahid Babayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vahid Babayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vahid Babayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Vahid Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vahid Babayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vahid Babayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin rmüavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vahid Babayev özünü doğruldub. Bizdə hörmətli Vahid Babayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Şərəfli vəzifəyə yiyələnən Vahid Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi