İlyas Əliyev: Azərbaycan Həmkarlar İttifaqları Ulu Öndərin ideyalarına həmişə sadiqdir
14-11-2019, 15:30
243 dəfə baxılıb
AHİK-in nümayəndə heyəti rusiyalı həmkarlarının yubiley tədbirində iştirak edib
Tədbirdə iştirak edən AHİK-in sədri, Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Möhbalıyev çıxış edib.
S. Möhbalıyev bildirib ki, Rusiyanın həmkarlar ittifaqları hərəkatı mürəkkəb və dolğun bir yol keçib. Ötən illər RMHİF-in yaranması və inkişafı, tam yeni bir tarixi şəraitdə həmkarlar ittifaqlarının öz yerini tapması yolunda çətin axtarış illəri olub. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası öz fəaliyyəti dövründə sosial tərəfdaşlıq sistemi, sosial-əmək münasibətləri sahəsində qanunvericilik bazası formalaşdırıb, əmək hüquqlarının və sosial təminatların müdafiəsinə yönəldilmiş bir sıra irimiqyaslı aksiyalar keçirib. Bu gün Rusiya həmkarlar ittifaqı fəalları vaxtilə əsası qoyulmuş ənənələri daha da zənginləşdirir, həmkarlar ittifaqı hərəkatının inkişafı və işçilərin həyat şəraitinin yaxşılaşdırması istiqamətində işlər görür, onların hüquqlarının qorunmasında nüfuzlu institut kimi RMHİF-in statusunu möhkəmləndirirlər.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası sosial-əmək, həmkarlar ittifaqının və zəhmətkeşlərin hüquqlarına riayət olunması sahəsində federal və regional qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, Rusiya qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə fəal təsir göstərir. Federasiya həmçinin, MDB ölkələrinin həmkarlar ittifaqları arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafına böyük töhfələr verir. Federasiyanın sədri, Rusiyanın tanınmış həmkarlar ittifaqı lideri, eyni zamanda, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Viktoroviç Şmakov dünya həmkarlar ittifaqı hərəkatında layiqli olaraq yüksək nüfuz sahibidir.
AHİK sədri vurğulayıb ki, biz hamımız vahid həmkarlar ittifaqı ailəsindən çıxmışıq və bir həmkarlar ittifaqı mərkəzində mövcud olan problemlər qonşu ölkələrin milli həmkarlar ittifaqı mərkəzlərindəki problemlərlə oxşarlıq təşkil edir. Təbii ki, ötən illər ərzində hər birimiz həmkarlar ittifaqı işinin bu və ya digər istiqamətlərində müsbət təcribələr əldə etmişik. Bu gün, iqtisadi proseslərin qloballaşması şəraitində bir-birimizə ehtiyacımız var, həmkarlar ittifaqı həmrəyliyinə ehtiyac duyuruq.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri Azərbaycanda yüksək qiymətləndirilir. Biz on illər boyu bir dövlətdə yaşamışıq, tariximizdə çətin dövrlər olub. Ancaq həmin çətinliklərdən ləyaqətlə çıxmışıq, dostluq və qarşılıqlı anlaşma ənənələrini qorumuşuq. Hər kəs öz dünyasında yaşayır, ancaq hamımızı eyni səylər birləşdirir – demokratik dövlət qurmaq, ölkələrimizin tərəqqisinə nail olmaq.
Azərbaycan həmkarlar ittifaqları Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının aktiv fəaliyyətini həmişə böyük maraqla izləyir. AHİK-in və RMHİF-in birgə fəaliyyətinin ötən 30 ili ərzində biz müsir şəraitdə məqsəd və vəzifələrimizi, işimizin forma və metodlarını müəyyənləşdirmişik, konstruktiv, işgüzar münasibətlər qurmuşuq. Konfederasiyamız üzv təşkilarların mənafeyini rəhbər tutaraq xarici ölkələrin həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əlaqələri daim inkişaf etdirir və möhkəmləndirir. AHİK 2000-ci ildən etibarən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
S. Möhbalıyev daha sonra əlavə edib ki, AHİK özünün bütün fəaliyyəti ilə beynəlxalq həmkarlar ittifaqı hərəkatının məqsəd və ideallarına bağlılığını təsdiq edir. Biz Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının ölkə parlamenti tərəfindən ratifikasiya olunması üçün məqsədyönlü iş aparırıq. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, sosial istiqamətli 11 əsas Konvensiyadan 8-i artıq Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Pusiyanın və Azərbaycanın həmkarlar ittifaqı mərkəzlərinin birgə səyləri ilə biz əməkçilərin hüquqlarının qorunmasında daha fəal rol oynaya bilərik.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının iştirakı ilə keçirilən mühüm tədbirlərdən bəhs edərkən xüsusilə qeyd etmək istərdim ki, biz AHİK və RMHİF arasında, eləcə də onun üzv təşkilatları olan Sverdlov Vilayəti Həmkarlar İttifaqları Federasiyası, Tatarıstan Respublikası Həmkarlar İttifaqları Federasiyası, Həştərxan Vilayəti Həmkarlar İttifaqları Federasiyası ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında müqavilələr və sazişlər imzalamışıq. Bizim birgə fəaliyyətimiz dövründə siz təkcə özünüzün təşkilatçılıq potensialınızı deyil, həm də taktiki kamilliyinizi, şəraitə operativ münasibət göstərmək, mübarizə formalarına yaradıcı yanaşmaq bacarığınızı ortaya qoymusunuz. Mövqeyiniz həmişə ardıcıl və qətiyyətli olub. Azərbaycan Həmkarlar İttifaqları xalqımızın Rusiyanın əməkçi insanlarına olan dəyişməz dostluq, həmrəylik və qardaşlıq hisslərini bir daha təsdiq edir.
Çıxışının yekununda S. Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından rusiyalı həmkarlarını Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 30 illik yubileyi münasibətilə təbrik edib və vurğulayıb ki, bizim münasibətlərimiz tarixi köklərə söykənir. Əməkdaşlığımız, işgüzar tərəfdaşlığımız, xalqlarımız arasındakı çoxəsrlik dostluq bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə və zənginləşməsinə xidmət edəcəkdir.
Tədbirdə Azərbaycan həmkarlar ittifaqları nümayəndə heyətinin tərkibində AHİK sədrinin birinci müavini İlyas Əliyev və müavini Aqil Dadaşov da iştirak edib.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, lyas Əliyevdir.
İlyas Əliyev və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən lyas Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. lyas Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmət görə" ordeni ilə təltif edilib.
"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələblərini, sahə Həmkarlar İttifaqlarının könüllülük əsasında müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.
05 dekabr 2005-ci ildə II qurultay keçirilib. Qurultayda Federasiyanın Nizamnaməsində dəyişikliklər və əlavələr qəbul edilib, Federasiyanın əsas fəaliyyət istiqamətləri müəyyən edilib. AHİK sədrinin birinci müavini, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Alxas oğlu Əliyevdir.
Həmkarlar ittifaqları ilk dəfə olaraq XVIII əsrin 2-ci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafiə etmək və sosial statusunu qorumaq üçün birləşmiş yüksək ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana gəlmişdir. XIX əsrin sonunda istehsalat sahələri həmkarlar ittifaqları, milli həmkarlar ittifaqları mərkəzləri meydana gəlmişdir. Bunlardan ən qədimi 1868-ci ildə formalaşmış Britaniya tred-yunionçularının konqresidir. Həmkarlar İttifaqların sosial bazası getdikcə genişlənməyə başlayır. Rusiyada ilk dəfə 1905-ci ildə yaranmış həmkarlar təşkilatlarının ardınca həmkarlar ittifaqları Azərbaycanda da meydana gəlir.
26 sentyabr 1948-ci il tarixdə dövlət ticarət işçiləri və ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitələrinin birgə plenumunda birləşmə və dövlət ticarət və iaşə fəhlələri Azərbaycan Respublika Komitəsi adlanması barədə qəbul olunmuş qərar 25 oktyabr 1948-ci il Həmkarlar İttifaqları Şurasının Rəyasət Heyətinin iclasında təsdiqləndi. 1957- ci ildə dövlət ticarət və ictimai iaşə işçiləri Azərbaycan Respublika Komitəsi struktur dəyişikliklərdən sonra yenidən Azərbaycan Respublika dövlət ticarət və istehlak kooperasiya işçilərinin Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Respublika ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Komitəsi yarandı və 1990-ci ilə kimi bu həmkarlar ittifaqları ayrılıqda fəaliyyət göstərirdilər. 1990-ci ildə həmin Azərbaycan Respublika Komitələri birləşərək AR Dövlət ticarət, ictimai iaşə və istehlak kooperasiya işçilərinin həmkarlar ittifaqı Komitəsi adı altında 1995-ci ilə kimi, sonralar Ticarət, İctimai İaşə, Kooperasiya , Sağlamlıq ocaqları, Turizm, İdman, Otelçilik İşçiləri Həmkarlar İttifaqı Komitəsi kimi fəaliyyətini davam etdiriblər. 29 sentyabr 2000-ci il tarixdə Ticarət, İctimai İaşə, Kooperasiya Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq İşçiləri Həmkarlar İttifaqları təsis konfransı keçirərək, Azərbaycan Respublika Ticarət, ictimai iaşə, Kooperasiya Sağlamlıq ocaqları,Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyası yarandı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR