xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Prezident açılışa qatıldı - Fotolar

3-06-2021, 12:45 82 dəfə baxılıb

Prezident açılışa qatıldı - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, “Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə salıb.

Dövlət başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verilib.

Prezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - FotolarPrezident açılışa qatıldı - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi