xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"

31-10-2020, 14:56 95 dəfə baxılıb

İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"


"Biz muxtar rayon məsələsini indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız".

Prezident İlham Əliyev bu fikirləri Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağın muxtariyyət məsələsinə münasibət bildirərkən səsləndirib.

Azərbaycanın mövcud reallıqları dəyişdirdiyini vurğulayan dövlət başçısı deyib ki, indi onlar bunları nəzərə almalıdır və 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib:

"Ona görə indi biz müzakirələr aparmalıyıq. Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar".

“Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - Prezident əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi