xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

21-09-2020, 10:12 65 dəfə baxılıb

İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb


“İkinci dalğa ilə üçüncü dalğa arasında vaxt intervalı çox cüzi olub”

İranın Tehran əyalətinin ərazisində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

Xarici mətbuatı xəbər verir ki, bu barədə Tehranda Koronavirusla mübarizə əməliyyatı qərargahının rəhbəri Əlirza Zali bildirib.

“Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb”, – “ISNA” agentliyi onun sözlərini sitat gətirir.

Zali əlavə edib ki, “ikinci dalğa ilə üçüncü dalğa arasında vaxt intervalı çox cüzi olub”.

Qeyd edək ki, İranda son sutka ərzində daha 3 097 nəfərdə koronavirus aşkarlanıb, 183 nəfər vəfat edib. Bununla da ölkədə xəstələnənlərin sayı 422 140-a, virus qurbanlarının sayı isə 24 301-ə yüksəlib. /AYNA/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi