xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu

19-08-2020, 13:16 173 dəfə baxılıb

Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu


“Vimpelkom”un (“Beeline” brendi) direktorlar şurası avqustun 17-də keçirilən iclasda əslən azərbaycanlı Rəşid İsmayılovu şirkətin yeni prezidenti təyin edib.

“TASS” xəbər verir ki, R.İsmayılov şirkət ilə 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

Bildirilib ki, daha əvvəl İsmayılov “Beeline”da baş direktorun müşaviri kimi işə başlayıb. Ona qədər şirkətin prezidenti vəzifəsini 2015-ci ildən Aleksandr Krupnov daşıyıb.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-2018-ci illərdə Rusiya Telekommunikasiya və Rabitə nazirinin müavini vəzifəsini icra edib. Daha sonra isə o, Rusiyada “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən, Runet Davamlı İstismar Qanunu çərçivəsində Trafik filtrləmə sistemlərini tətbiq edən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzinə rəhbərlik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi