xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? – Saatlar sonra QƏRAR VERİLƏCƏK

5-03-2020, 11:38 45 dəfə baxılıb

Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? – Saatlar sonra QƏRAR VERİLƏCƏK


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskvada bir araya gələcək.

Dünyanın yaxından izləyəcəyi zirvədə Suriyanın İdlib şəhərindəki münaqişənin həlli müzakirə olunacaq.

Ərdoğan Türkiyənin İdlib məsələsindəki tələb, gözlənti və həssaslığını rusiyalı həmkarının diqqətinə çatdıracaq.

Türkiyənin tələbləri

Kritik mövzuların gündəm olduğu zirvədə rəsmi Ankaranın prioritet tələbi meydanda daimi atəşkəsin təmin olunması, Dəməşq rejiminin hücumlarını sonlandırması və rejim qüvvələrinin Soçi memorandumunun müəyyən etdiyi sərhədlərin arxasına çəkilməsi ilə türk ordusunun müşahidə məntəqələrini mühasirədən çıxarmasıdır. Ərdoğanın Türkiyənin gözünün Suriyanın torpaqlarında və ya təbii sərvətlərində olmadığını bir daha vurğulayacağı görüşdə İdlibdə qurulması planlaşdırılan münaqişəsiz bölgənin gündəmə gəlməsi gözlənilir. Ankara Türkiyənin sərhədindən İdlibə doğru 30-35 km uzunluqda münaqişəsiz bölgə qurulmasını və qaçqınları bu bölgəyə yerləşdirməyi planlaşdırır. Hazırda, 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə İdlibdən qaynaqlanan yeni köç dalğasının qarşısını almaq üçün bu addımı atmaq məcburiyyətindədir.

Moskva nə istəyir?

Rəsmi Moskvanın zirvəyə hansı təkliflərlə gələcəyi və necə davranış sərgiləyəcəyi hələ ki qeyri-müəyyəndir. Rusiyanın bir nömrəli gündəm maddəsinin M4 və M5 magistral yollarının nəzarətini təmin etmək olduğu bildirilir. Suriyanın ən əhəmiyyətli 2 nəqliyyat xətti arasındakı əlaqəni təmin etməyi məqsəd qoyan Rusiya bu yolları açaraq ölkənin iki böyük şəhəri olan Hələb və Dəməşqi bir-birinə bağlamaq istəyir.

Astana memorandumu çərçivəsində İdlib və ətrafındakı türk müşahidə məntəqələrinin Türkiyə sərhədlərinə yaxın nöqtələrə çəkilməsi, münaqişəsiz bölgənin 6-10 km civarında olması və İdlibin nəzarətinin Bəşər Əsəd rejiminə verilməsi Moskvanın gözləntiləri arasındadır.

Zirvə çərçivəsində iki ölkə arasındakı iqtisadi münasibətlər və nüvə stansiyası layihəsi ilə S-400 zenit raket komplekslərini aktivləşdirmə tarixi kimi mövzu başlıqlarının da gündəmə gəlməsi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan zirvədən gözləntisinin sürətli şəkildə atəşkəsi təmin etmək olduğunu bildirib. Kremldən verilən açıqlamada da liderlərin razılığa gəlməsi və ortaq tədbirlər həyata keçirilməsi mövzusunda əl sıxmasının gözləndiyi ifadə edilib.

Qeyd edək ki, Ərdoğanın ən çox görüşdüyü liderlər arasında Rusiya lideri Vladimir Putin ilk sırada yer alıb. “Təyyarə böhranı”ndan bu yana iki lider 26 dəfə üz-üzə, 48 dəfə telefonda danışıb. (publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi