xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Yüz minlərlə insan Türkiyəyə doğru gedir – Ordu mühasirəyə düşdü, Rusiya və İran…

18-02-2020, 11:02 63 dəfə baxılıb

Yüz minlərlə insan Türkiyəyə doğru gedir – Ordu mühasirəyə düşdü, Rusiya və İran…


Suriyada yüz minlərlə dinc sakinin sığındığı İdlib-Hələb xəttində insident şiddətlənib.

Son 48 saatda qarşıdurmanın mərkəzi Hələbin qərbi olub.

Buradakı atışmalarda PKK/YPG terror təşkilatı da Bəşər Əsəd rejimi ünsürlərinə dəstək verib. Əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin müşahidə məntəqələrinin yerləşdiyi Şeyx Aqilə hücum edən PKK/PYD müxalifləri əzib keçə bilməyincə rejim və İrana bağlı milislərlə əməkdaşlığa gedib. Təşkilat nəzarəti altındakı bölgədən Nəbul Zəhrada yerləşən rejim və İran milislərinə dəhliz açaraq Başhimraya getmələrini təmin edib.

Buradan hücum edən qüvvələr Şeyx Aqili alaraq müxaliflərin nəzarətindəki böyük bir bölgəni mühasirədə saxlayır. Bir neçə kənd və qəsəbə ələ keçirilib. Hücumlarda PKK/PYD-ya rejim və İranın topçu dəstəyi verib.

Türk məntəqələri mühasirədə

Atışmaların hədəfi Şeyx Aqil və Cəbəl Bərəkətdəki türk ordusunun müşahidə məntəqələri olub. Nəticələrlə bağlı açıqlama verilməyib. Müxaliflərin əlində sadəcə Ətarib və Darət İzzə qalıb. Anədandakı türk müşhidə məntəqəsi tamamilə mühasirədədir. Rejimin ələ keçirdiyi 3 qəsəbədən 100 mindən çox insan Türkiyə sərhədinə köçmək məcburiyyətində qalıb.

Yüz minlərlə insan Türkiyəyə doğru gedir – Ordu mühasirəyə düşdü, Rusiya və İran…


İran, Rusiya və Əsədlə razılıq

Qərbi Hələbə hücumdan əvvəl terror təşkilatı Əsəd rejimi, Rusiya və İran ilə bazarlıq edib. Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Mixail Boqdanov tərəfindən başladılan müzakirələr Hmeymim Rusiya Hərbi Bazasında baş tutub. Görüşlərə Əsəd adına kəşfiyyat şefi Əli Məmlük, PKK/YPG adına İlham Amed və Əldər Xəlil qatılıb. Görüşlərdə /PKK İdlib və Hələbdə rejimə dəstək vermək qarşılığında Afrin məsələsində yardım istəyib. Rejim, İran ve Rusiyanın bu təklifə nə cavab verdiyi maraq dairəsindədir.

Türkiyə tədbirləri davam etdirir

Türkiyə Silahlı Qüvvələri (TSQ) İdlibdəki müşahidə məntəqələrinə tank, zirehli daşıyıcılar, top və ağır sursatlar yığıb. Türkiyənin fərqli birliklərindən göndərilən 150 avtomobillik konvoy Hatayın Reyhanlı rayonunda dayanıb. Konvoy təhlükəsizlik tədbirləri altında İdlibdəki müşahidə məntəqələrinə göndərilmək üzrə yola çıxıb.

Rejimin hücumları nəticəsində Türkiyə ilə sərhədə köç edən qaçqınların sayı 2 milyona yaxınlaşır. /Publika.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi