xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Asfalt lazım deyil, torpağa da enəcək – Yeni sərnişin təyyarəsi gəlir

3-09-2026, 14:22 4 dəfə baxılıb

Asfalt lazım deyil, torpağa da enəcək – Yeni sərnişin təyyarəsi gəlir


Rusiyada regional sərnişin daşımaları üçün hazırlanan İl-114-300 turbovintli təyyarəsinin ilk seriya nümunəsinin 2026-cı ilin sonunadək sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbər müavini Gennadi Abramenkov Şərq İqtisadi Forumu çərçivəsində açıqlayıb.

Onun sözlərinə görə, hazırda ilk üç İl-114-300 təyyarəsi yüksək hazırlıq mərhələsindədir. İlk təyyarənin bu il, digər iki təyyarənin isə böyük ehtimalla 2027-ci ilin əvvəlində sifarişçiyə verilməsi nəzərdə tutulur.

“İlk üç təyyarə yüksək hazırlıq səviyyəsindədir. Düşünürəm ki, birincini bu il mütləq təhvil verəcəyik. Digər ikisi, çox güman ki, gələn ilin əvvəlində hazır olacaq. Bundan sonra böyük seriyalı istehsala keçmək lazımdır”, – Abramenkov bildirib.

“İl” şirkətinin idarəedici direktoru Daniil Brenermanın sözlərinə görə, 2028-ci ildə 6 İl-114-300 istehsal olunmalıdır. Daha sonra istehsalın əvvəlcə 9, ardınca isə ildə 12 təyyarəyə çatdırılması planlaşdırılır.

İl-114-300 iki TV7-117ST-01 turbovintli mühərriklə təchiz olunub. Təyyarənin kreyser sürəti 450–500 km/saat, maksimal uçuş hündürlüyü 7600 metr, sərnişinlərlə uçuş məsafəsi isə 1400 kilometrdir. Təyyarə 68 sərnişinədək daşıya bilir. Maksimal qalxma çəkisi 23,5 ton, faydalı yükü 6,8 ton, yanacaq sərfiyyatı isə təxminən 560 kq/saatdır.

Yeni təyyarənin diqqətçəkən xüsusiyyətlərindən biri xüsusi hazırlanmış asfalt uçuş-enmə zolağına ehtiyac duymamasıdır. İl-114-300 torpaq örtüklü və 750 metrdən başlayan qısa uçuş-enmə zolaqlarından istifadə edə, həmçinin aşağı temperatur şəraitində işləyə bilir. Bu xüsusiyyət onun Rusiyanın ucqar və sərt iqlimli bölgələrində regional uçuşlarda istifadəsinə imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi