Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına üzv olmaq üçün müraciət prosesinə başlamaq niyyətindədir.
Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkənin Baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan Avropa İttifaqına daxil olmaq üçün rəsmi prosedura keçməyə hazırdır və lazımi addımlar hazırlandıqdan sonra məsələ referenduma çıxarıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.