xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi

24-08-2026, 09:27 3 dəfə baxılıb

Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi


İranın paytaxtı Tehranda su qıtlığı ilə bağlı narahatlıq artır. Şəhərin su təchizatında əsas rol oynayan 5 bənddə su ehtiyatlarının səviyyəsi 26 faizə düşüb.
Tehran Vilayətinin Su və Kanalizasiya Şirkətinin sözçüsü Behnam Bahşi bildirib ki, bəndlərdəki su ehtiyatı ideal səviyyədən təxminən 220 milyon kubmetr aşağıdır.

Bahşi Tehranın artıq altıncı ildir quraqlıqla üzləşdiyini deyib. Onun sözlərinə görə, bəndlərin ideal səviyyəyə çatması üçün bu il təxminən 280 millimetr yağıntı tələb olunur. Lakin indiyədək yağıntının miqdarı 175 millimetrə belə çatmayıb.

Rəsmi məlumatda Tehranda adambaşına düşən orta gündəlik su istehlakının 180 litr olduğu bildirilib. Paytaxtın cənubunda isə bu göstərici təxminən 160 litrdir.

Bahşi su ehtiyatlarının kritik vəziyyətə yaxınlaşdığını vurğulayaraq sakinləri sudan daha qənaətlə istifadə etməyə çağırıb.(qafqazinfo)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi