xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 
  • 13:07 – Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video 
  • 12:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 12:28 – Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - Fotolar 

Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard

Bugün, 12:12 1 dəfə baxılıb

Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard


Almaniya hökuməti yeni uzaqmənzilli silah arsenalının hazırlanmasına təxminən 12 milyard avro xərcləməyi planlaşdırır.

Məlumatı Politico Almaniya Müdafiə Nazirliyinin məxfi sənədlərinə istinadən yayıb. Bildirilir ki, sözügedən silahlar Bundesverə yüzlərlə, hətta minlərlə kilometr məsafədəki hədəfləri - komanda məntəqələrini, aerodromları, raket buraxıcılarını və ya təchizat mərkəzlərini vurmağa imkan verəcək.

Almaniya Müdafiə Nazirliyi ilk belə sistemləri 2027-ci ildə almağı planlaşdırır, 2030-cu illərin ortalarında isə texniki cəhətdən daha inkişaf etmiş silahların əldə ediləcəyi gözlənilir.

Plan dörd mərhələdən ibarətdir. Sənədlərə görə, birinci mərhələdə Almaniya daha ucuz qanadlıraketləri almaq istəyir və artıq iki istehsalçı ilə danışıqlar aparır. Namizədlər arasında Amerika-İsrail Covenant Industries şirkətinin Anthem raketi və Ukrayna istehsalı olan BARS və Flamingo sistemləri var. İlk raketin bu il sınaqdan keçirilməsi gözlənilir. Müdafiə Nazirliyi bu raketləri "səmərəli və hər şeydən əvvəl kütləvi istehsal üçün əlçatan" adlandırır.

İkinci keçid həlli Amerika Tomahawk qanadlı raketlərinin alınmasını əhatə edir. Berlin onilliyin sonuna qədər onları yerüstü Typhon buraxılış sistemləri ilə birlikdə almağı gözləyir.

Üçüncü və dördüncü mərhələlər iki Almaniya-Britaniya layihəsidir. Birində iki ölkə birgə qanadlı raket, digərində isə hipersəs raketlər hazırlayır. Yeni sistemlərin 2000 kilometrdən çox məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik olması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi