xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır

15-07-2026, 09:59 1 dəfə baxılıb

ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır


ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq.

“Associated Press” xəbər verir ki, bu bəyanatla ABŞ Prezident Donald Tramp və İraqın Baş naziri Əli əz-Zeydi Ağ Evdə keçirilən görüş zamanı çıxış ediblər.

Tramp İraqda amerikalı hərbçilərə artıq ehtiyac olmadığını bildirib. Qeyd edilib ki, İraqda qanunsuz silahlı qruplaşmalara qarşı ABŞ ordusunda hazırlıq keçmiş yerli hərbçilər mübarizə aparacaq.

Daha sonra Pentaqonun yaydığı bəyanatda qoşunların tam çıxarılmasının 2024-cü ildə İŞİD silahlılarına qarşı missiyanın dayandırılması barədə bağlanan razılaşmaya əsasən həyata keçiriləcəyi açıqlanıb.

Qeyd edək ki, ABŞ qoşunları İraqda 2003-cü ildə yerləşdirilmişdi. 2007-ci ildə antiterror əməliyyatlarının ən qaynar dövründə bu ölkədəki Amerika qoşunlarının sayı 170 min nəfəri ötüb, 2011-ci ildə isə minimuma endirilib. Hazırda İraqda yalnız kiçik bir məsləhətçi və digər hərbçi kontingenti qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi