xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Trampın tarif qərarından sonra kriptovalyuta bazarı çökdü

11-10-2025, 09:43 10 dəfə baxılıb

Trampın tarif qərarından sonra kriptovalyuta bazarı çökdü


ABŞ Prezidenti Donald Trampın Çinə qarşı yeni tariflər tətbiq edəcəyini elan etməsi kriptovalyuta bazarında ciddi enişə səbəb olub.

“Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bazar dəyərinə görə ən iri kriptovalyuta olan bitkoin Trampın “Truth Social” platformasında yaydığı açıqlamadan sonra 12 faizdən çox dəyər itirib. Bu eniş aprelin əvvəlindən bəri bazarda qeydə alınan ən böyük geriləmə kimi qiymətləndirilir. Ucuzlaşma müəyyən həddə çatdıqdan sonra sabitləşib.

“Bloomberg” qeyd edir ki, Trampın açıqlamasından dərhal sonra investorlar arasında təşviş yaranıb və cəmi bir saat ərzində kriptovalyuta bazarında 6 milyard dollardan artıq mövqe ləğv olunub.

Ekspertlərin fikrincə, tarif qərarının yaratdığı qeyri-müəyyənlik maliyyə bazarlarında risk iştahını azaldıb və bu da rəqəmsal aktivlərə birbaşa təsir göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi