xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Rusiyanı Ukraynanın işğalına “məcbur edən” gizli qüvvə – İnanılmaz

30-05-2025, 09:00 5 dəfə baxılıb

Rusiyanı Ukraynanın işğalına “məcbur edən” gizli qüvvə – İnanılmaz


Almaniyanın nüfuzlu “Bild” nəşrinin yaydığı məlumata görə, Rusiya 2025-ci ildə enerji və xammal ixracından ümumilikdə 233 milyard avro gəlir əldə edəcək. Bu məbləğin azı 20 milyardı Avropa İttifaqı (Aİ) ölkələrinin payına düşür. Maraqlıdır ki, bu göstərici Aİ-nin Ukraynaya ayırdığı hərbi yardımı üstələyir. Yəni Avropa bir tərəfdən Ukraynanı silahla təmin edir, digər tərəfdən isə Rusiyaya milyardlarla avro ödəyərək, müharibə aparmaq imkanlarını gücləndirir.

Aİ-nin mövcud siyasəti nə dərəcədə səmimidir və bu ikili yanaşma müharibənin sonrakı mərhələsində hansı nəticələrə yol aça bilər?

Globalinfo.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarda, sərt siyasətdə səmimi deyil:

“İttifaq hələ də dolayı yollarla Rusiyadan xammal və təbii qaz idxalını davam etdirir. Rəsmi statistika və iqtisadi göstəricilər sübut edir ki, Aİ Rusiyaya hələ də milyardlarla dollar vəsait ötürür. Bu vəsaitlər Rusiyanın hərbi arsenalını gücləndirmək və müharibəni davam etdirmək üçün istifadə olunur. Bu isə Aİ-nin Ukraynaya göstərdiyi dəstək siyasəti ilə tam ziddiyyət təşkil edir və Rusiya üçün faktiki yardım kimi dəyərləndirilə bilər”.

mehemmed esedullazadeee
Məhəmməd Əsədullazadə

M.Əsədullazadənin sözlərinə görə, Rusiya Ukraynada qələbə qazanarsa, bu, Avropa İttifaqının təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdacaq və qitəni uzunmüddətli hərbi-siyasi təhdidlərə məruz qoyacaq:

“Bu gün Aİ faktiki olaraq Rusiya ordusunun silahlanmasında dolayı iştirak edir. Digər tərəfdən, həm Aİ, həm də ABŞ bir sıra ölkələri Rusiya ilə əməkdaşlığa görə sanksiyalarla hədələyir, halbuki eyni əməkdaşlığı özləri davam etdirirlər. Bu, açıq-aşkar ikili standartdır və beynəlxalq münasibətlər sistemində qeyri-səmimiliyin nümunəsidir. Əgər Avropa İttifaqı həqiqətən də Kremlin siyasətinə qarşı ciddi mövqe ortaya qoymaq istəyirsə, ilk növbədə öz enerji asılılığını minimuma endirməli və Rusiya ilə iqtisadi əməkdaşlığı tamamilə dayandırmalıdır. Yalnız bundan sonra digər ölkələrdən də analoji addım atmalarını tələb edə bilər. Hazırda Aİ-nin sözügedən prosesə başlayacağı inandırıcı görünmür. Rusiya isə mövcud vəziyyətdən tam razıdır və bu ikili yanaşmadan maksimum faydalanır.

Avropa İttifaqının Rusiya ilə iqtisadi münasibətlərdə davamlılığı, sanksiya siyasətinin effektivliyinə və Ukraynaya real dəstəyin nəticələrinə kölgə salır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi