xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

İrəvan niyə "Zəngəzur dəhlizi"ndən imtina etdi - Zaxarovadan açıqlama

22-08-2024, 14:33 3 dəfə baxılıb

İrəvan niyə "Zəngəzur  dəhlizi"ndən imtina etdi - Zaxarovadan açıqlama


İrəvan qərbli dostlarının məsləhətinə əsasən Azərbaycan və Naxçıvan arasında yolun (Zəngəzur dəhlizinin-red) açılması ilə bağlı danışıqlar prosesini dayandırıb.

Bunu RF XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan, Azərbaycanla Naxçıvan arasında yolun açılması istiqamətində baş nazirlərin müavinləri səviyyəsində yaradılan üçtərəfli birgə işçi qrupunun 12 iclası keçirilib və bu istiqamətdə irəliləyişlərə nail olunub.

"Lakin sonradan Ermənistan hakimiyyəti öz yeni qərbli dostlarının yolunu tutdu və faktiki olaraq üçtərəfli birgə işçi qrupda fəaliyyətini dondurdu", - Zaxarova qeyd edib.

Rusiyalı diplomat əlavə edib ki, bu, Ermənistanın maraqlarına uyğun olaraq kommunikasiyaların bloklanması baxımından heç bir praktiki nəticə vermədi:

"Təəssüflər olsun ki, bununla da rəsmi İrəvan növbəti dəfə Qərbin sifarişi ilə hərəkət etməklə təkcə öz iqtisadiyyatının mənafeyi naminə, o cümlədən özünün “Dünyanın kəsişməsi” ideyasını həyata keçirməklə qonşuları ilə nəinki nəqliyyat əlaqələri qurmaq, həm də bütövlükdə regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanlarını əldən verir.

Biz 2020-2022-ci illər arasında əldə edilmiş üçtərəfli sammitin bəyanatlarına sadiq qalırıq.

Bu sazişlər kompleksi Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün Ermənistan-Azərbaycan nizamlanmasının yeganə əsası olaraq qalır.

Biz İrəvan hakimiyyətini Qərbin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün onilliklər boyu davam edən səylərini pozmasına imkan verməməyə çağırırıq.

Bu, xüsusilə ABŞ və Aİ-nin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla Ermənistan və regionun digər ölkələri ilə münasibətlərimizə zərbə vurmaq ideyası baxımdan aktual olaraq qalır”, - Zaxarova qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi