xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ərdoğan Orbanla bu məsələləri müzakirə edəcək

18-12-2023, 12:09 9 dəfə baxılıb

Ərdoğan Orbanla bu məsələləri müzakirə edəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərinin proqramı açıqlanıb.

“Anadolu” xəbər verir ki, səfər tarixinin iki ölkə arasında 1923-cü il dekabrın 18-də imzalanmış dostluq müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də məna kəsb edir.

İki ölkə arasında 2013-cü ildən bu yana keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısı münasibətilə keçiriləcək səfər çərçivəsində, əsas diqqət iqtisadi, ticarət, müdafiə sənaye, mədəniyyət və enerji sahələrində əməkdaşlığa yetiriləcək.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 sənədin imzalanması gözlənilir.

Son zamanlar iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığında irəliləyişlər olsa da, Macarıstan Türkiyəni xüsusilə enerji təchizatı baxımından çox əhəmiyyətli bir ölkə olaraq görür.

Macarıstanın təbii qazının 50 faizi "Türk axını" vasitəsilə keçir və Azərbaycan qazı da Türkiyə vasitəsilə Macarıstana nəql olunur. Bu səbəbdən Türkiyə Macarıstanın enerji təhlükəsizliyi baxımından çox önəm verdiyi bir ölkə olaraq görülür.

Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olan Macarıstan xarici siyasətini şaxələndirərək Şərqə doğru istiqamətlənmiş siyasət həyata keçirir və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq istəyir
Macarıstan öz fəaliyyətini fəal şəkildə həyata keçirir və bu məqsədlə də TDT-yə öz töhfəsini verir.

Ərdoğan Orbanla görüşündə TDT çərçivəsində əməkdaşlıq məsələlərinin perspektivlərini müzakirə edəcək.

Prezident Ərdoğanı bu səfərdə 8 nazir müşayiət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi