xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Nüvə silahlarına bir dəqiqə qulluq neçəyə başa gəlir?

16-06-2022, 09:30 43 dəfə baxılıb

Nüvə silahlarına bir dəqiqə qulluq neçəyə başa gəlir?


ABŞ, Çin və Rusiya kimi nüvə silahına malik dövlətlər ötən il atom silahlarına bir dəqiqəlik qulluq üçün cəmi 156 min dollardan artıq maliyyə vəsaiti xərcləyib.

“Report” xəbər verir ki, bu barədə Nüvə silahının qadağan edilməsi uğrunda beynəlxalq şirkət məlumat yayıb.

Bildirilib ki, bu dövlətlər nüvə silahı texnologiyasına malikdir: ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya.

“2021-ci ildə, bir il ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinədək 9 dövlət nüvə silahına qulluğa 82,4 milyard dollar maliyyə vəsaiti xərcləyiblər ki, bu da bir dəqiqəyə 156 min dollar deməkdir. Bu göstərici inflyasiya nəzərə alınmaqla 2020-ci illə müqayisədə 6,5 milyard dollar çoxdur”, - şirkətin hesabatında qeyd olunub.

Məlumata görə, ABŞ bir dəqiqədə 84 094 dollar (ildə 44,2 milyard dollar), Çin 22 325 dollar, (11,7 milyard), Rusiya 16 301 dollar, (8,6 milyard dollar), Böyük Britaniya 12 873 dollar, (6,8 milyard dollar), Fransa 11 245 dollar, (5,9 milyard dollar, Hindistan 4 315 dollar, (2,3 milyard dollar), İsrail 2 315 dollar, (1,2 milyard dollar), Pakistan 2 151 dollar, (1,1 milyard dollar), Şimali Koreya 1 221 dollar, (642 milyon dollar) xəcrləyir.

Hesabatda vurğulanıb ki, nüvə silahlarına qulluq üçün müxtəlif şirkətlər müqavilə əsasında azı 151,2 milyard dollar qazanıblar. Onların arasında ABŞ-ın “Aerojet Rocketdyne”, “Bechtel”, “Boeing”, “Draper”, “General Dynamics”, “Northrop Grumman”, “Lockheed Martin”, Böyük Britaniyanın “BAE Systems”, Fransanın “CNIM” və “Safran” şirkətləri də var.

Şirkətlər bu müavilələri əldə etmək üçün lobbiçiliyə əlavə olaraq milyonlarla dollar xərcləyirlər. Təhlilçilərin məlumatına əsasən, ötən il nüvə silahlarına qulluqla bağlı lobbiçilik fəaliyyətinə görə şirkətlər azı 117 milyon dollar xərcləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi