xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişi var"

25-01-2022, 10:02 39 dəfə baxılıb

Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişi var"


“Bu gün Ermənistanın ölkə parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyan ratifikasiya olunmuş saziş var. Bu saziş 1992-ci ildə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunub”.

“Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O, bir neçə məsələni rasional müstəvidə müzakirə etməyi təklif edib: “Burada söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınıb-tanınmamasından gedir. Bu məsələ müzakirə olunmadığından bəzən o qədər də düzgün qəbul edilmir. Lakin qeyd etməliyik ki, 1992-ci ildə Ermənistan parlamenti tərəfindən ratifikasiya olunmuş belə bir saziş var və bu sənədə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır”, - Paşinyan qeyd edib.

O əlavə edib ki, ikinci nüans, Madrid prinsiplərinə uyğun olaraq hər iki tərəfin danışıqların əsası kimi qəbul etdiyi ərazi bütövlüyü prinsipidir: “Burada mən demək istəyirəm ki, de-yure 1992-ci ildən sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığını tanıyıb”, - deyən Paşinyan əlavə edib ki, bu problemin çoxsaylı nüansları hələ də öz həllini tapmayıb.

Paşinyan bu problemin həlli istiqamətində sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin vacibliyini vurğulayıb.

Sülh sazişinə toxunan Paşinyan bildirib ki, belə bir müqavilə imzalanmalıdır, lakin ilk növbədə bu müqavilə hazırlanmalıdır və bunun üçün danışıqlar aparılmalıdır və Ermənistan buna hazırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi