xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İrəvanda polislə mitinq iştirakçıları arasında toqquşma - VİDEO

11-11-2021, 13:51 47 dəfə baxılıb

İrəvanda polislə mitinq iştirakçıları arasında toqquşma - VİDEO


İrəvanda müxalifətin keçirdiyi aksiya qarşıdurma ilə nəticələnib. Etiraz aksiyasının iştirakçıları Nazirlər Kabinetinin binasına yaxınlaşmaq istəsə də, polis onlara imkan verməyib və bu zaman toqquşma yaranıb.

“Sputnikarmenia” xəbər verir ki, polis aksiya iştirakçılarını hökumət binasına yaxınlaşmasına imkan verməyərək onları geri itələyib.

Aksiya iştirakçıları da polisə müqavimət göstərərək hökumət binasına yaxınlaşmağa cəhd edir və bununla paralel onlar “Nikol satqındır!” şüarları səsləndiriblər.
Daha sonra etirazçılar Respublika meydanında nəqliyyatın hərəkətini dayandırmaq istəyiblər, lakin təhlükəsizlik qüvvələri onları həmin ərazidən sıxışdırıb çıxarıblar.

Aksiyada bir neçə müxalifət deputat da iştirak edib.

Onlar hakimiyyəti öz milli maraqlarını təslim etməkdə günahlandırıb.

Aksiyada “Hayastan” blokunun deputatları Qeqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi