xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Ermənistan xarici işlər və müdafiə naziri KTMT-nin iclasına qatılmadı - SƏBƏB

16-09-2021, 11:35 36 dəfə baxılıb

Ermənistan xarici işlər və müdafiə naziri KTMT-nin iclasına qatılmadı - SƏBƏB


KTMT-nin iclasında iştirak etməmənin səbəbini isə belə izah etdilər: XİN başçısının təyyarəsi xarab oldu, müdafiə nazirinin isə anası ölüb.
Təyyarədə yaranan nazasızlıq səbəbindən Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri, müdafiə nazirliklərinin şuralarının və Təhlükəsizlik Şurasının katiblərinin iclasında iştirak etmək üçün Tacikistana səfər edə bilməyib.

“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan məlumat verib.

Onun sözlərinə görə, Ararat Mirzoyan bir gün sonra Düşənbəyə gedəcək və KTMT strukturlarının işində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Onu da qeyd edək ki, sentyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi, Ermənistan xarici işlər nazirləri və müdafiə nazirlərinin olmadığı KTMT üzv ölkələrinin xarici işlər nazirləri, müdafiə nazirlikləri və Təhlükəsizlik Şurası katiblərinin iclasının yekunlarına dair bir fotoşəkil yayımlayıb. Birgə fotoçəkilişdə yalnız Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, məsələ mülki planlı təyyarəyə aiddir və məsələnin digər detalları barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi KTMT-nin iclaslarında nazir Arşak Karapetyanın iştirak etməməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, müdafiə naziri Arşak Karapetyanın anası dünyasını dəyişib.

KTMT-nin toplantısında iştirak etmək üçün baş nazir Nikol Paşinyan işgüzar səfərlə sentyabrın 15-də axşam saatlarında Düşənbəyə gedib.

Paşinyan bu gün Düşənbədə KTMT-nin iclasında iştirak edəcək. Onu da xatırladaq ki, iclasda təşkilata rəhbərlik Ermənistana keçəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi