xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ABŞ Əfqanıstanda 2 trilyondan çox xərcləyib: rəqəm böyüyəcək...

27-08-2021, 13:00 75 dəfə baxılıb

ABŞ Əfqanıstanda 2 trilyondan çox xərcləyib: rəqəm böyüyəcək...


ABŞ Əfqanıstandakı 20 illik hərbi mövcudluğunun xərclərini hesablanıb və bu bir neçə trilyon dollar olub.

“Fox Business” xəbər verir ki, Braun Universitetitnin ABŞ-ın 20 il müddətində Əfqanıstanda xərclədiyi vəsaiti hesablayıb.

Hesablama nəticəsində bəlli olub ki, təxminən 20 il davam edən münaqişə amerikalılara 2,31 trilyon dollara başa gəlib.

Broun Universitetinin mütəxəssisləri hesab edir ki, xərclərin yaxın gələcəkdə artacağını poqnozlaşdırırlar.

Bu xərclər müharibədən dönən veteranlara və yaralılara ömür boyu xidmət göstərilməsi üçün ödəniləcək müavinətlər hesabına artacaq.

Harvard Universitetinin Kennedi məktəbinin professoru Linda Bilmesin hesablamalarına görə isə Əfqanıstan və İraqda xidmət etmiş veteranlara uzunmüddətli tibbi xidmət və əlillik müavinətinin ödənilməsi xərcləri 2,5 trilyon dollaradək qalxa bilər.

Bundan əlavə ABŞ 2050-ci ilə qədər hərbi borcları üçün 8 trilyon dollardan çox vəsait ödəməlidir.

Hesabatda oda qeyd olunur ki, ABŞ bu müddət ərzində təkcə maddi itkilər deyil, həm də minlərlə insan itkisinə məruz qalıb. ABŞ Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, 2001-ci ildən etibarən indiydək Əfqanıstanda 800 min amerikalı hərbçi xidmət edib. Əfqanıstandakı hərbi əməliyyatlarda 6 mindən çox hərbçi ölüb, 20 mindən artıq hərbçi isə yaralanıb. Bu hərbi əməliyyatlar zamanı isə 100 mindən çox əfqan ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi