xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi

4-06-2021, 11:57 54 dəfə baxılıb

Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşdi


Qırğızıstanla-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

“RİA Novosti” xəbər verir ki, Tacikistan tərəfi, Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı tərəflərin hökumətlərarası nümayəndə heyətlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaları pozub. Tacikistanın 4 iyun 2021-ci il tarixində, saat 03.00 radələrində Qırğızıstan sərhədinin 1 km dərinliyinə daxil olaraq ub Oş vilayətinin Çon-Alay rayonunun “Unju-Bulak” dövlət sərhəd məntəqəsində konteyner yerləşdirdiyi bildirilib. Bundan əlavə, sərhədin Tacikistan tərəfində avtomobil yüngül zirehli maşınların, o cümlədən hərbçilərin sıx toplaşdığı qeyd olunub.

Həmçinin vurğulanıb ki, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhədçiləri səviyyəsində tənzimləmək üçün tədbirlər görməyə çalışsa da, Tacikistan sərhədçiləri telefon zənglərinə cavab verməyib.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədindəki “Golovnoy” su şəbəkəsinə nəzarət uğrunda 28 apreldə başlayan gərginlik əvvəlcə iki ölkə əhalisinin bir-birini daşlamasına səbəb olub. Daha sonra isə silahlı qarşıdurma baş verib. Ümumilikdə hadisə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub, təxminıən 200 nəfərə yaxın şəxs isə yaralanıb. 30 aprel günortadan sonra tərəflər atəşkəs razılığı əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi