xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ermənilər Putində kömək istədilər

6-01-2021, 10:46 71 dəfə baxılıb

Ermənilər Putində kömək istədilər


Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin valideynləri ölkənin baş naziri Nikol Paşinyanla görüşdən narazı qaldıqlarından Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər.

Erməni mətbuatının yaydığı məlumata görə, itkin hərbçilərin valideynləri Rusiya prezidentindən bu məsələdə kömək istəyiblər. Qeyd edilir ki, dəfələrlə Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçirən valideynləri bir neçə dəfə Nikol Paşinyan özü qəbul edib. Lakin baş nazirin qeyri-müəyyən cavabı onları qane etməyib. “Valideynlər məktub yazaraq, övladlarının tapılması xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət ediblər”, - deyə xəbərdə vurğulanır.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Yerevanda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla iki ölkə arasındakı əməkdaşlığını və Qarabağdakı mövcud vəziyyəti müzakirə edərkən qarşı tərəfdən bu məsələdə kömək istəyib. Ermənistanın baş naziri xüsusən Rusiya rəsmisi ilə erməni əsirlərin və müharibədə həlak olanların meyitlərinin dəyişdirilməsini diqqət mərkəzində saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi