xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İcra başçısı bahalı maşınlarını təcili satdı — Taksiyə keçdi

13-05-2020, 10:44 71 dəfə baxılıb

İcra başçısı bahalı maşınlarını təcili satdı — Taksiyə keçdi


Bu gördüyünüz təmtəraqlı ev Lənkəran rayonunun icra başçısı Taleh Qaraşova məxsusdur. Xətai rayonunda Həzi Aslanov qəsəbəsində yerləşir. Bu villanın qonşuluğunda başçının bacısına məxsus başqa bir villa da yerləşir.
Bizimyol.info saytı yazır ki, son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər.

Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.

Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib. İcra başçısı bahalı maşınlarını təcili satdı – Taksiyə keçdi İcra başçısı bahalı maşınlarını təcili satdı – Taksiyə keçdi

İcra başçısı bahalı maşınlarını təcili satdı — Taksiyə keçdi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi