xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Karantindən sonra şadlıq sarayları qiyməti artıracaqmı? — MƏSUL ŞƏXSLƏR CAVAB VERİR

30-04-2020, 09:30 170 dəfə baxılıb

Karantindən sonra şadlıq sarayları qiyməti artıracaqmı? — MƏSUL ŞƏXSLƏR CAVAB VERİR


Karantin rejiminin hökm sürdüyü bir vaxtda ləğv olunan toy və el şənlikləri restoran və şadlıq saraylarına ciddi ziyan vurub. Mütəxəssislərin fikrincə, pandemiyadan sonra toy etmək istəyənlərin sayında müşahidə olunan artım olacaq. Bu da restoran sahiblərini hərəkətə gətirib. Onlar yeni toy mövsümünə xüsusi hazırlaşır. İndi hamını maraqlandıran bir sual var. Şadlıq saraylarında qiymət artımı olacaqmı?
İstədik öyrənək görək, şadlıq saraylarının toy qiymətlərində hansı dəyişikliklər var? Hazırda restoranların qarşısında daha çox müştəri cəlb etmək, toy bazarını dirçəltmək məqsədi durur. Bu səbəbdən bir çox restoran sahibləri qiymətlərin dəyişmədiyini bildirib.

“Şahənşah” sarayının administratoru karantindən əvvəlki qiymətlərin qüvvədə qalacağını və toy üçün müraciətlərin sayının çoxluğuna görə artımın gözlənilmədiyini deyib. O, 500-550 nəfərlik tutumu olan zallarda 200 nəfərlik toy qəbul etmədiklərini də qeyd edib. Ancaq burada da bəzi istisnalar olduğunu qeyd edib. Bundan başqa restoranda xüsusi endirimlər də mövcuddur. Menyunun qiyməti isə 40-60 manat arasında təşkil edir.

“Ay işığı” şadlıq sarayında isə fərqli mənzərə hakimdir. Burada qiymətlər 80 manatdan başlayaraq 100 manata kimi yüksəlir. VİP müştərilər üçün nəzərdə tutulan menyu isə 150 manatdır. Onu da qeyd edək ki, restoranın qiymətlərinə bir neçə xidmət də daxildir.

“Gilavar” restoranında qiymətlər isə 40 manatdan başlayır. Ən yüksək menyu 60 manatdır. Restoranın adminstratoru məkana gəlib yerində danışıqlar aparıldığı zaman xüsusi endirim etdiklərini də qeyd edib.

“Xan sarayı” isə menyunu müştərilərinə 45 manatdan başlayan qiymətlərlə təklif edir. Hətta burada qonaq sayına uyğun xüsusi endirimlər də mövcuddur. Restoranın administratoru qonaq sayının 200-250 nəfər olduğu təqdirdə, menyunun endirimli qiymətinin dəyişilməz olaraq 45 manat olacağını da qeyd edib.

Digər restoranlarda da vəziyyət eynidir. Karantindən sonra qiymətlərdə artımın olmayacağını deyən növbəti restoran “Meridian saray” oldu. Burada menyunun qiyməti 80- 120 manat arasında dəyişir. Restoran yay aylarında baş tutan toy məclislərinə isə xüsusi endirimlər təklif edir.

“Mega palace” restoranında menyunun stabil qiyməti 30 manatdır. Məkanın administrator qiymətlərin 30-35 manat arasında dəyişdiyini bildirib. Burada qiymətlərə musiqi ansamblı, video çəkiliş də daxildir.

“Cıdır düzü” restoranında isə qiymətlər 45 manatdan başlayaraq, 80 manata qədər yüksəlir. Burada da müştərilərə xüsusi olaraq VİP menyu da təklif olunur. Bu menyunun qiyməti 120 manatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi