xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“İnsanların oturması üçün yer yoxdur, amma bu tikiliyə icazə verdilər” - Fotolar

18-08-2026, 10:32 5 dəfə baxılıb

“İnsanların oturması üçün yer yoxdur, amma bu tikiliyə icazə verdilər” - Fotolar


Nizami rayonu, Şirin Mirzəyev 68A və 76A binalarının sakinləri həyətdəki yarıtikilidən narazıdırlar.

Bu barədə “Qafqazinfo”ya müraciət edən 68A binasının sakini Şahbaz Şahbazov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binaların kiçik və məhdud olan həyətində özbaşına sənədsiz yarıtikiliyə sərəncam verib.

Sakinlərin iddiasına görə, qərar təhlilə və əsaslandırmaya söykənmədən qəbul edilib. Şikayətçi düşünür ki, həmin obyektə yerində baxıb, daha sonra sərəncam vermək gərəkli idi: “Çünki iki binanın arasında dar bir keçid əraziyə, yaşayış binalarının 5-6 metrliyinə yaxın “obyekt”ə sənəd vermək Prezidentin bununla bağlı imzaladığı fərmanın tələbinə ziddir. Fərmanda göstərilir ki, əgər həyətin ərazisi kiçikdirsə, ərazidə insanların oturmasına, hərəkətinə, avtomobillərin gediş-gəlişinə, dayanmasına maneə varsa, obyekt tikintisinə icazə vermək qanunsuzdur.

Sözügedən ünvanda isə ümumiyyətlə, iki oturacaq belə yoxdur ki, yaşlılar, uşaqlar, sakinlər otursun. Ona görə də istismarına icazə sərəncamı verilən məlum “obyekt” sakinlərin kütləvi şəkildə narazılığına səbəb olub, eləcə də, bu hal qanun anlayışının tələblərinə ziddir. Odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə sərəncamı başadüşülən deyil”.



Məsələ ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 194G ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismara verilməsinin Prezidentin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanında müəyyən edilmiş qaydalara zidd olduğu barədə səsləndirilən iddialar əsassızdır: “Məlumat üçün bildiririk ki, sözügedən tikilinin istismarına Komitə tərəfindən 09.02.2026-cı il tarixində icazə verilib. İcazənin verilməsi ilə bağlı icraat aparıldığı dövrdə obyektin mərtəbələri, xarici divarları və dam örtüyü tamamlanmış vəziyyətdə olub. Bu hal icraat materialları və fotoşəkillərlə də təsdiq olunur. Uzun illərdir ərazidə mövcud olan həmin tikilidə hazırda təmir işləri aparıldığı üçün dam örtüyü müvəqqəti olaraq sökülüb. Bu səbəbdən obyektin hazırkı görüntüsü əsasında əvvəlki vəziyyəti barədə nəticə çıxarmaq doğru deyil.

Qeyd edək ki, belə icazələr Fərmanla müəyyən edilmiş prosedura uyğun olaraq, obyektin torpaq-hüquq statusu, texniki vəziyyəti, təhlükəsiz istismar imkanları və mövcud məhdudiyyətlər aidiyyəti dövlət qurumları tərəfindən qiymətləndirilərək verilir.

Bu baxımdan, Komitənin guya heç bir təhlil və əsaslandırma aparmadan yarımçıq tikiliyə istismar icazəsi verməsi barədə səsləndirilən iddialar faktiki hallarla təsdiqini tapmır.

Xatırladaq ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 nömrəli Fərman qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkilini nəzərdə tutur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi