xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir

27-07-2026, 11:00 2 dəfə baxılıb

Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir


Yay istisi insanları sərin məkanlara üz tutmağa məcbur edir. Lakin kondisioner altında uzun müddət qalmaq bəzi insanlar üçün gözlənilməz sağlamlıq problemlərinə səbəb ola bilər.

Kondisionerlər havadakı rütubəti azaltdığı üçün otağı sərinləşdirsə də, eyni zamanda dərinin həddindən artıq qurumasına səbəb ola bilər. Həkim Opel Beyker bildirir ki, bunun nəticəsində dəridə quruluq, dartınma hissi və qabıqlanma yarana bilər. Xüsusilə həssas dəriyə sahib insanlar daha diqqətli olmalıdırlar. Quru hava ekzemanın kəskinləşməsinə, eləcə də dodaqlarda ağrılı çatların yaranmasına səbəb ola bilər. Həkimlər kondisionerli otağa daxil olmamışdan əvvəl nəmləndirici krem istifadə etməyi tövsiyə edirlər.

Təkcə dəri deyil, tənəffüs sistemi də zərər görə bilər

Risk yalnız dəri ilə məhdudlaşmır. Həkim Lüsi Huper xəbərdarlıq edir ki, köhnə və ya vaxtında təmizlənməyən kondisionerlər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Təmizlənməyən filtrlər bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Bu isə ağciyərlərin qıcıqlanmasına və astma tutmalarının yaranmasına səbəb ola bilər.

Uzun müddət soyuq hava axını altında qalmaq təhlükəlidir

Mütəxəssislərin sözlərinə görə, saatlarla birbaşa soyuq hava axını altında oturmaq çox vaxt baş ağrısı, əzələ ağrıları və halsızlıqla nəticələnir. Həkimlər bu narahatlığın əsas səbəblərindən birinin orqanizmin susuz qalması olduğunu bildirirlər.

Həkimlərin tövsiyələri

Mütəxəssislər gün ərzində kifayət qədər su içməyi və evdə istifadə olunan split kondisionerlərin filtrlərinin mütəmadi olaraq peşəkar şəkildə təmizlənməsini məsləhət görürlər. Bu, həm cihazın daha səmərəli işləməsinə, həm də sağlamlığın qorunmasına kömək edir.(lent.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi