xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı

21-07-2026, 11:38 2 dəfə baxılıb

Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı


“Videonun çəkildiyindən xəbərim yox idi. Ötən gün tanışlar videonu mənə göndərdilər. Bir il keçib həmin əməliyyatdan. Mənim səsim, mənim açıq bədənimdir paylaşılan”.

“Qafqazinfo” xəbər verir ki, bunu bir neçə gündür sosial şəbəkələrdə görüntüsü yayılan estetik əməliyyatda zərərçəkən Qəmər Ağalıyeva “ATV xəbər”ə bildirib.

O deyib ki, narkozdan ayıldıqdan sonra ağrıları hiss edib:

“Hər bir ağrını, şişi bədənimə necə salmasını hiss edirdim. Əməliyyat olan yer klinika deyildi, bildiyiniz zirzəmi idi. Boş otaq idi, həkimə aid heç nə yox idi. Bircə çarpayı idi, orada da işlərini görürdülər. Gələn-gedən də rahatlıqla otağa girib-çıxırdı”.

Zərəçəkmişin sözlərinə görə, yayılan video ailəsində də söz-söhbətə səbəb olub. Bununla bağlı əməliyyatı icra edən Gülbadə Abdullayeva ilə əlaqə saxlayıb. Aldığı cavab isə belə olub: “Həkim ağalayaraq mənə bildirdi ki, bu, onun səhv deyil. Dedi ki, hara istəsəniz, müraciət edin”.

Gülbadə Abdullayeva telekanala açıqlamasında da videonun çəkilməsindən xəbəri olmadığını qeyd edib:

“Videonu çəkən Xəyalə İsmayılova, qapıdan baxan da qeydiyyatçı olub. Onu da Xəyalə çağırıb. Mənim xəbərim olmayıb videonun çəkildiyindən. Mənim təhsilim var, amma diplomumu Azərbaycanda təsdiqlədə bilmirəm. Məkanımızın lisenziyası iə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərmişik”.

Məsələyə münasibət bildirən deputat Rəşad Mahmudov bildirib ki, bu, ciddi şəkildə cəzalandırılmalı hadisədir:

“Bu gün birmənalı olaraq bu şəkildə hər hansı kiçik xəstəxanalarda əməliyyatxana icazəsi olmadan, əməliyyatxana standartları qurulmadan hansısa müdaxilənin aparılması müzakirə mövzusu ola bilməz. Bu, xəstənin nəticəsindən asılı olmadan cinayət məsuliyyəti yaradır”.

Daha ətraflı videomaterialda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi