xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ

Bugün, 11:00 1 dəfə baxılıb

AQTA rəsmisindən arıqlama məhsulları ilə bağlı HƏYƏCAN TƏBİLİ


Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb:

"Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır. Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Eyni zamanda bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir. Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır".

AQTA rəsmisi təəssüflə qeyd edib ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib:

"Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi